Appindanqoye: Mən çox böyük kluba gəlmişəm

Bölmə: İdman › ,
Tarix: 17:07 12.07.2024

Trendyol 1-ci liqa komandalarından olan "Sivasspor"dan "Kocaelispor"a transfer olunan müdafiəçi Aaron Appindanqoye "Möhtəşəm bir kluba gəldiyimi düşünürəm. İnsanları, azarkeşləri və şəhəri ilə əla olduğunu deyə bilərəm" deyib. 

 

"İnformator.az" xəbər verir ki, Trendyol 1-ci liqa komandalarından olan "Sivasspor"dan "Kocaelispor"a transfer olunan müdafiəçi Aaron Appindanqoye ölkəsinin millisinin düşərgəsindən qayıdıb və çempionluq hədəfi ilə yeni mövsümün məşqini davam etdirir. Son 5 mövsümdə Superliqa komandalarından biri olan "Sivasspor"da çıxış edən qabonlu 32 yaşlı müdafiəçi Appindanqoye ötən mövsüm 32 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

 

Mənbə: TRT Haber

 Zəhra Həsənova