Ciro Immobile Beşiktaş üçün İstanbula gəlir

Bölmə: İdman › ,
Tarix: 17:22 12.07.2024

"Beşiktaş"ın prinsipial razılığa gəldiyi Ciro İmmobile bu gün İstanbulda olacaq.

 

İtaliyalı hücumçu bu gün saat 20.45-də İstanbul Atatürk Hava Limanı Baş Aviasiya Terminalında olacaq. Beşiktaş Futbol Şöbəsinin müdiri Feyyaz Uçar Sloveniya düşərgəsindən ayrılaraq Ciro İmmobilenin transferi üçün İtaliyaya yollanıb.

 

Ötən mövsüm "Latsio"nun heyətində 43 rəsmi oyuna çıxan 34 yaşlı futbolçu 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova