EA artıq həyatımızı dəyişməyə başlayıb

Tarix: 18:56 09.04.2025
Bu 10 il içərisində daha da dərinləşəcək və həyatımıza həm müsbət, həm də mənfi təsir göstərəcək.
Mövzu ilə bağlı İT mütəxəsisi Natiq bəy “informator az”a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı həyatımıza fərqli cür təsir göstərə bilər:
“Ümumi EA daha çox insan kimi düşünən sistemlər, EA köməkçiləri gündəlik işlərdə avtomatik tapşırıq yerinə yetirən robotlar, yəni evdə, ofisdə, təhsildə və s. EA+robot texnologiyası- uşaq baxıcıları, xidmətçilər, istehsalat, təmizlik, kuryer işlərində, EA+səhiyyə-daha dəqiq diaqnoz qoyan fərdi müalicə planları, tibbi virtual köməkçilər və s. Amerika, Avropada bunlar çox geniş yayılıb. Hələ də inkişaf etməkdədir. Əsas generativ- mətndən şəkilə səs, video yaratmaq, reklam üçün əhəmiyyətli kontent yaratmaq olar.
EA digər texnologiyalarla birgə işləyərək onları da inkişaf etdirir. Gələcəkdə ən çox səhiyyə və biotexnologiyadır. Hansı ki xərçəngin araşdırılması və s. Şəxsi diaqnostikada, şəxsi dn və s. Virtual labarotoriyalar, viar dərslər, qiymətləndirmə və rəy sisteminin avtomatlaşdırılması ola bilər. Müəllim yorğun ola bilər. EA isə buna daha fərdi və diqqətlə yanaşır. Biznes və əmək bazarında da ola bilər. Hətta, rəqəmsal bacarıqları olmayanlara da mənfi təsir göstərə bilər. Texnologiyanın savadlığını artırmaq lazımdır. Hər kəs kiçikdən böyüyə, tələbədən yaşlıya qədər rəqəmsal bacarıqları olmalıdır. Məktəblər də EA dərsləri, təlimləri tədris olunmalıdır. Bir məsələ aktuallaşırsa bu mədəniyyətdən kənardırsa ümumiləşən hər bir şey təhlükə ola bilər. Şəxsi məlumatların qorunması da buna aiddir ki, şəxsi məlumatlara xüsusi olaraq diqqət yetirilməlidir. Mütləq olaraq tənzimlənmə olmalıdır. Ən əsası olaraq isə texnologiyalar insan dəyərlərinə uyğun inkişaf etdirilməlidir. Bu texnoloji cəhətdən ola bilər, amma insani dəyər cəhətdən uyğun deyil. İnsanlar həmçinin, əmək bazarında da uyğunlaşdırılması lazımdır. Ya başqa sahəyə, ya da yenidən təlimləşdirilməlidir. Dövlət də buna mütləq təsdiq verməlidir. Buna hər hansısa x şəxs fikir bildirə bilməz".
Ətirə İbayeva