“Universitet 4 illikdir, ixtisas isə ömürlük” -Təhsil eksperti abituriyentlərə və valideynlərə səsləndi

Tarix: 20:25 09.04.2025
İxtisas seçimi dövrü yaxınlaşdıqca, abturiyentlərin qarşısında duran ən önəmli suallardan biri: “Hansı ixtisası seçməliyəm?” sualı olur.
Təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az"a açıqlamasında bu mövzuda abituriyentlərə və onların valideynlərinə ciddi mesajlar göndərib. Ekspert hesab edir ki, seçim zamanı əsas məsələ universitetin adı və prestiji deyil, abituriyentin maraq və bacarıqlarına uyğun ixtisası seçməsidir:
“Şərt universitetin prestijli olub-olmaması deyil, abituriyentin istədiyi ixtisasda oxumasıdır. Seçilən ixtisasa uyğun bacarıqların abituriyentdə mövcud olması da vacibdir. Valideynlərin övladlarına dəstək olmaq istəyi təqdirəlayiq olsa da, qərarın məhz abituriyentin öz arzusu əsasında verilməsi vacibdir. İxtisas seçimi zamanı valideynlərin fikirlərindən çox, abituriyentin istəkləri əsasdır. Ən çox edilən səhvlərdən biri də, universiteti ixtisasdan önə çıxarmaqdır. Bu, yanlış bir yanaşmadır. Kimi zaman abituriyent ixtisasdan çox universiteti seçir. Bu da yanlış yanaşmadır. Universitet 4 illikdir, ixtisas isə ömürlükdür".
Bu mesajlar, ixtisas seçiminin yalnız bugünkü deyil, gələcək həyat üçün də təməl qərar olduğunu göstərir. Gənclərin öz maraq və potensiallarına uyğun sahələrə yönəlməsi onların daha uğurlu və xoşbəxt bir həyat qurmasına kömək edə bilər.
Ceyhun Vaqifli