Eftanaziya: Ağrılardan qurtuluş, yoxsa həyat hüququna zidd seçim?

Bölmə: Sosial › ,
Tarix: 21:26 10.04.2025

 

 

Eftanaziya – insanın ağrılardan və əzablı vəziyyətdən xilas olmaq üçün həyatına könüllü və ya qeyri-könüllü şəkildə son qoyulması prosesidir. Cəmiyyətin bir hissəsi bunu mərhəmətli bir çıxış yolu hesab etsə də, digərləri həyat hüququna zidd olduğunu düşünür.

 

Mövzu ilə bağlı psixoloq Aynur İsmayılova"İnformator.az"a bildirib ki,bu proses XVIII əsrdən mövcuddur.İnsanlar daha çox əziyyət,ağrı,acı çəkməmək üçün bu yola müraciət edirlər: 

 

"Normalda Eftanaziya artıq XVIII əsrlərdə sağalmaz xəstəliyə düçar olan insanların seçimi idi.Eftanaziya artıq depressiyadan, uzunmüddətli ağrılardan əziyyət çəkən insanların çox asan yol ilə canını xəstəlikdən qurtaran bir rahatlama mexanizmi kimi seçilmişdir.Amma nə qədər insan yaşamağa can atsa da,yaşamaq üzərində mübarizə aparsa da,nəticədə ağrıdan qaçır və incinmək istəmir.Ona görə də bəzən Eftanaziya ağrıdan,müxtəlif ağır xəstəlikdən, acıdan əziyyət çəkən insanların son çarə kimi seçdiyi prosesdir".

 

Ekspert bu prosesin etik olub - olmamasından da söz açıb:

 

"Bu nə qədər də etik olmasa da,sadəcə insanların birmənalı şəkildə ağrıdan qurtulmaq üçün seçdiyi çarədir.Daha çox depressiyadan əziyyət çəkən insanlar nə olursa-olsun qurtulmaq istəyirlər.

 

Son dövrlərdə Eftanaziya bizim daha çox nəticəyə hazırlıqlı olmağımızdan,tez nəticə çıxarmaq istəyimizdən,çalışmaq deyil də daha çox nəticə əldə etmək istəyən insanların daha çox müraciət etdiyi bir sindroma çevrilib.Amma birmənalı şəkildə insan daha çox ağrıdan,acıdan əziyyət çəkmək istəmirsə, bu yola müraciət edir".

 

 

Nəzrin Məmmədova