Sinesteziya nədir?-Psixoloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:30 10.04.2025

 

“Sinesteziya hiss etdiyimiz bir şeyi başqa bir dad və qoxu ilə əvəz etməyə çalışmaqdır. Bir duyğunun stimullaşdırılması zamanı digər duyğu ilə əlaqə yaradırıq, yəni, bir hissin quruluşu digər hissin kölgəsi ilə müşayiət olunur”.

 

Bu sözləri uşaq və yeniyetmə psixoloqu “İnformator.az”a açıqlamasında deyib:

 

Psixoloq qeyd edib ki, sinesteziyanın diaqnozunun qoyulması çətin olur, çünki bu nə konkret nevroloji xəstəlikdir, nə də psixoloji xəstəlikdir, bu sadəcə ayrı-seçkilikdir:

 

"Diaqnoz qoyularkən testlərdə daha çox sabitlik tələb edirik, konkret müddətə dəqiq diaqnoz qoya bilmərik. Diaqnozu qoyarkən cavabların eyni olduğunu görürüksə, burada sinesteziya diaqnozunu qoya bilərik. Sinesteziyanı halusinasiya və yaxud psixi simptomlarla qarışdırmamalıyıq, çünki burada şüurumuz aktivdir, aydındır, heç bir qeyri-reallıq yoxdur. Ümumiyyətlə, sinesteziya daha çox uşaq yaşlarından başlayır. Sinesteziya ya anadangəlmə olur, ya da travmalar, dərman vasitələri ilə başlayır”.

 

Psixoloq açıqlamasında sinesteziyanın növləri haqqında da danışdı:

 

Leksikal sinesteziya- hansısa bir adı çəkdiyimiz zaman qoxu, dad hiss ediriksə, buna leksikal sinesteziya deyirik, burada kəlimələrin dadı olur.

Formaların səsli sinesteziyası- kimsə hüzurlu şəkildə danışarkən beyində bir forma təsəvvür olunur, bu forma hər kəsdə fərqli ola bilər.

Rəqəmlərin sinesteziyası- hansısa rəqəm bir rəngi xatırladır.

Hərəkətlə səsin sinesteziyası-ətrafda insanlar gəzərkən elə bilirik ki, hansısa musiqi səslənir.

Emosional rəng sinesteziyası- kədərli olduqda elə bilirik ki, hər tərəf bozdur, solğundur, sevincli olduqda hər yeri canlı rənglərdə görürük”.

 

Nərmin Həşimova