Z nəsli real həyatdan uzaqlaşır?

Bölmə: Sosial › ,
Tarix: 17:20 11.04.2025

Son illərdə texnologiyanın sürətli inkişafı və sosial medianın geniş yayılması xüsusilə Z nəslinə əhəmiyyətli dərəcədə təsir edib. Bu nəsil praktiki olaraq virtual aləmdə doğulub və orada böyüməkdədir. Bu vəziyyət onların real həyatda sosial davranışlarına və ünsiyyət bacarıqlarına birbaşa təsir göstərir.

Əsas məsələ balansı qorumaq, texnologiyanın imkanlarından faydalanmaqla yanaşı, real sosial bacarıqları da inkişaf etdirməkdir.

Yeni media üzrə tədqiqatçı Səbinə İzzətli “İnformator.az”a açıqlamasında sosial medianın emosional bacarıqlarının zəiflətdiyini deyib:

“Sosial media və virtual dünya Z nəsilinin ünsiyyət və əlaqə qurma formasını əhəmiyyətli dərəcədə dəyişdirib. Bu platformalar böyük imkanlar təqdim etsə də, rəqəmsal fəaliyyətləri ilə paralel olaraq vacib sosial və emosional bacarıqları necə zəiflətdiyinin şahidi oluruq. Rəqəmsal dövrün sağlam inkişafı üçün balans çox vacibdir. Bu nəsil, texnologiyanın verdiyi imkanlardan faydalanarkən, eyni zamanda ənənəvi sosial bacarıqları inkişaf etdirmək üçün də çalışmalıdır”.

Tədqiqatçı həmçinin “rəqəmsal detoks”un önəmindən bəhs edib:

“Hər şeydən öncə ənənəvi sosial bacarıqların insan həyatına qatdığı önəmin fərqində olmalıdırlar. Bu boşluğu hiss etməlidirlər ki, onu doldurmaq üçün can atsınlar. Yalnız bundan sonra Z nəsli real sosial fəaliyyətlərə qatılmaq, yeni təcrübələr əldə etmək, mentor və ya rəhbərlərdən dəstək almağın vacibliyini dərk edə biləcək. Eyni zamanda, “rəqəmsal detoks” tətbiq edərək texnologiyanın təzyiqindən uzaqlaşmağa və emosional zəkanın inkişafına diqqət yetirməyə cəhd göstərəcək”.

Gülnar Qədirova



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.