Antalyada Afrika xalqlarına humanitar yardım müzakirə olunacaq

Bölmə: Sosial › ,
Tarix: 00:10 14.04.2025

 

Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumunda (ADF) bu gün Afrika xalqlarına humanitar yardımın göstərilməsi və onlara siyasi dəstəyin nümayiş etdirilməsi məsələsi müzakirə olunacaq.

 

Mövzu ilə əlaqədar siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki,Türkiyə başda Afrika olmaqla müstəmləkəçilik zehniyyətini itirməyə başlayandan sonra ortaya çıxan millət dövlətlərinə hər cür humanitar yardımı göstərmək üçün hər cür səy göstərib:

 

“Afrikanın ən çox səfiri olan önəmli ölkələrdən biri olan Türkiyə hər bir dövlətlə ayrı-ayrılıqda əlaqələrə girərək Türkiyənin tarixi bilgisini və demokratik təcrübələrini bu dövlətlərə ötürməklə yanaşı, eyni zamanda əlaqələri olan hər bir ölkə ilə davamlı əlaqələri maksimum səviyyəyə çatdırmağa çalışır. Ümumiyyətlə, Türkiyə Afrika qitəsinin sağlamlıq, təhsil, aclıqla mübarizə, su qaynaqlarına çıxış və dünya ilə inteqrasiya imkanlarını artırmaq üçün Afrika coğrafiyası ilə əlaqələrini ən yüksək səviyyəyə çatdırır. Afrika 200 ildir əhəmiyyətli bir əhali mübarizəsi sahəsinə çevrildiyi üçün bəzi imperiya dövlətləri Türkiyənin bu perspektivini öz maraqlarına zidd gördükləri üçün bacardıqları qədər əngəlləməyə çalışırlar. Hazırda Afrikada Çin, Amerika, İngiltərə, Fransa, Rusiya və Türkiyə böyük rəqabətdədir. Bu dövlətlərdən fərqli olaraq Türkiyənin humanitar səbəblərdən regionda olması Türkiyənin hədəflərini digər ölkələrin hədəflərindən üstün tutur. Türkiyə heç bir ayrı-seçkilik etmədən bölgə ilə bağlı əlindən gələni əsirgəmədiyi üçün Afrikadan ümumi qəbul nisbəti günü-gündən artır”.

 

Asiman Vəliyeva



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.