Gerçəkləşməyən reallıq

Bölmə: Maraqlı › ,
Tarix: 12:12 22.02.2016

BDU, Jurnalistika fakültəsi III kurs tələbəsi

Yaqut Aslanova

Bəlkə bir gün hansı ilin hansi günü bilmirəm, amma bir gün, nə vaxtsa mən darıxdığım kimi darıxacaqsan. Hansı ayda olacaq bilmirəm, amma mənimlə birgə xəyallar quracaqsan. Hansı ad günümdə bilmirəm, ancaq nə vaxtsan mənə hədiyyə alacaqsan. O hədiyyədən çox, içindən mənə hədiyyə almaq gəlməsi, məni sevindirmək istəyin xoşbəxt edəcək məni. Nə vaxt ağlayanda bilmirəm, lakin bir dəfə ağlayanda yanağımı bir vaxtlar məni həyatdan küsdürən mesajları yazdığın barmaqlarınla siləcəksən. Bax o zaman o mesajların yadımdan çıxacaq. Həyatımın hansı sevgi bayramını bilmirəm, amma aralarından birini birgə keçirəcəyik. Hər kəsdən uzaq, bu başıbəlalı sevgimiz üçün badə qaldırıb toxunduracayıq. Elə o vaxt badəm badənə deyil ürəyim ürəyinə toxunacaq. Neçənci yayımızda bilmirəm, lakin bir yay dənizə gedəciyik qumların üzərinə adımızın baş hərifini yazacaqsan. Məni hava deyil də bax sənin bu hərəkətin isidəcək. Adını bilmədiyim bir filmə baxacayıq, filmin elə məqamı olacaq ki, güləcəyəm və sənə baxacağam səndə gülmüş olacaqsan. İkimizin eyni şeyə gülməsi məni sevindərəcək. Uzun və səssiz bir yolda gəzəcəyik, əlin əlimdə olacaq. Hava soyuqdur lakin mən hiss etmirəm. Mənə sənlə olanda havanın hərarətinin neçə olmasından asılı olmayaraq həmişə istidir. Gözlərinə baxmaq istiliyi duymağa kömək edir mənə. Mən sənə sənsizlikdən şikayət edirəm. Sənli günlərimin sənsiz günlərimi necə unutdurduğunu həyacanla danışıram. Ağ-qara kimi olan yarı-yarı hekayəni sadəcə danışırdım, əsas fikrim isə məni dinləməyində, diqqətlə dodaqlarımından sözləri oxumağında idi. Sanki tələsirdinki qulağından öncə gözlərin bilsin hekayənin davamını. Məni isə hər şeydən çox sevindirən diqqətinin heç kimdə, heç nədə deyildə məhz məndə olması idi. Hansı 31 may bilmirəm, amma bir 31 may səni sevdiyim, səni mənə tanıtdıran o məktəbə gedəcəyik. Məzunlar üçün son zəng çalınanda mən sənə illər öncə mənim üçün təkcə məktəbdən deyil, həmdə səndən ayrılığımı ifadə edən zəng olduğunu söylədim. Əlin əlimdən çıxdı getdin arxanca baxdım, balaca oğlandan zəngi alıb yanıma gəldin qulağıma yaxınlaşdırıb yellətdin və pıçıltıyla dedin. İndi bu ayrılığın bitdiyini bildirir dinlə səsini. Zamanları müqayisə etdim illər öncə və illər sonra iki eyni zəng iki fərqli məna. O vaxt göyə təkcə göyərçin deyil bütün kədərim, qəmim, əzablarım uçdu, yox oldu.

O qədər xoşbəxt olmadım ki, xoşbəxt olmaqdan da qorxurdum, mənə yaşatdığın bu xoşbəxtliklərin içində nə isə axtarırdım. Baxırdım gizlin-gizlin sənə elə duyurdum ki sanki məni xoşbəxt etmək bunu bacarmaq səni sevindirirdi başqa heç nə. Bizim sevinclərimiz başqa kimi gəlirdi mənə, amma dayandırmaq istəmirdim ürəyimdə, ən dərində bəlkə də bilirdim ki burada nə isə var. Aşkar etmək istəmirdim çünki, xoşbəxt idim, az zamanda çox xoşbəxt idim. Heç kimin heç zaman məni xoşbəxt edə bilməyəcəyi qədər. Bilirdim ki, bunu yalnız sən bacarırsan, məni həm xoşbəxt, həm bədbəxt edə bilirsən.

İlk dəfə səninlə yeni ili qarşılayacağam sanki önümüzdə uzun birgə illər olacaqmış kimi, saat 12 də atılan fişənglərə baxıb yaratdıqları parlaq görüntülərdə bizim rəsmimizi çəkirdim. Ard-arda bir neçə xoşbəxt rəsm. Gözlərimi yumub Allahdan dilədim ki, mənə səninlə daha bir neçə yeni il qeyd etməyi nəsib etsin. 21 ildə çəkdiyim hər əziyyətə, gördüyüm hər çətinliyə qarşılıq olaraq səni arzuladım. Amma bu məndə qayda idi, pozulmayan və dəyişməyən qayda. Xoş günümün ömrü az olurdu bəd günlərim isə saysız.

Qərara aldım ki, səni çaya dəvət edim. O gün çayda söhbətdə, məkanda   mənlik idi sən sadəcə susub dinləməliyi idin. Bu təklifi sənə deyəndə gülümsədin, səni az gülümsəyən görmüşdüm. Xoşuma gəldi gözünün içinə baxdım gözünü qaçırdın, əhvalım pozuldu bir anlıq. Sonra bu hisseni tez yaddaşımdan sildim. Səni çox sakit şəhərdən uzaq bir yerə gətirdim yol boyu mənə özündən danışmağını istədim. Yadında nə qalıbsa az çox danışdın. Yol o qədər qısa, danışdıqların o qədər maraqlı gəldi ki mənə maşının dayanmasını istəmirdim. Çayın o biri tərəfindən saatına baxdım bizə ayrılan zamana start verdim. Saat 13:59 idi. Tamam olmasını saydım və sənə yazdığım ilk yazımı oxudum. Yazının ortasında ağladım, sən isə sükutunu pozmadan yazını izləyirdin. Sona doğru lap çox ağladım salfeti əlinlə mənə doğru itələdin. Götürəndə gördüm ki, yazmısan ağlama Yaqut. Növbəti yazılarıma keçdim, hamısını oxudum. Yekunda hamısını qırağa çəkib üzünə baxıb dedim səndən mənə qalan birinci əsl sevgiydirsə ikinci yazmaq qabiliyyətidir. Məndə bu qabiliyyət sənə görə var idi. Yazılarımın baş qəhrəmanı yalnız sənsən, təşəkkürlər dəyərlim dedim. Cavab vermədin, boğazım qurumuş çay istədim. Stəkanın o tərəfindən yenə saatına baxmaq istədim bu dəfə gözlərin kimi əllərini də saatını da məndə gizlədirdin. Yolboyu danışmadın mən də yorgun idim yatdim. Çatanda çağırdın məni, günə yalnız bu sözünlə yekun vurdun.

Kaş ki gecəyə qədər yalnız bunu düşündüm. Niyə dedin, nə demək istəyirdin. Ortaq dostumuz var idi. Həm ona, həm mənə yaxın idi. Mənə mesaj yazmışdı uzun müddətdi yazmırdı. O gün hər şeyin sonuna məni bir az da bu mesaj yaxınlaşdırdı. Xəstəliyin üçün müalicə etmədin mi sən? Yaqut etmə belə, yubatma, olmaz axı ! Həyatınla niyə oynayırsan ?! Özünü niyə ciddiyə almırsan ?! Gülümsədim yazdım ki, o xəstəlikdən kim xilas olub ki məndə xilas olum. İstəmirəm dedim. Təkid etdi, dedi onla get istemirsen menle get. Dedim yox getmirem, əslində ona yalan dedim hərdən həkimə gedirdim, mənə müvəqqəti də olsa müalicə və yaşam yolları deyirdi. Razı olmurdum çünki, bu həyata elə də çox bağlı deyildim. Sadəcə ona görə qalmışdın. Neçə saatım, neçə günüm, neçə həftəm, neçə ayım, neçə ilim vardı bilmirdim. İstəyirdim ki, bir az daha yaşayım onunla, bir az daha zamanım, xatirəm, şəkillərim olsun. Bunların xəyalı ilə səhər tezdən durub həkimimə getdim. İçəri girəndə mənə bir az əsəbi idi. Dedim nə olub, uygun vaxta gəlməmişəm ? Dedi Yaqut həyatınla oynayirsan, qızım bu işlərin zarafatı olmaz axı ! Keçən dəfə sevgilinə də dedim. Nə sevgili basa düsmədim, nə sevgili?! Dəftərin baxdi adini və nomrəsini dedi. O idi. O hər seyi bilirmiş. Dondum bir anlıq durdum, o günlər, o xatirələr, yaşatdığı hər şey yalnız yalnız vəzifə imiş. Mənimlə xəstə olduğum üçün, yazığı gəldiyi üçün bir yerdəymiş. Həkimə sual verdim niyə dediniz? İstemirdim axı kimsə bilsin, istəmirdim kimsə mənim üçün üzülsün, kiminsə mənə yazığı gəlsin heç kimin hələ onun heç.

Zəng elədim görüşmək istədiyimi dedim. Dedi yağışdır, soyuqdur çıxma çölə. Dedim yox çöldəyəm. Gəldi, dedim kim dedi sənə? hardan bildin? Niyə belə etdin? Niyə mənim yanıma öləcəyimi biləndə gəldin? Sənin üçün ölürəm dedim inanmadın, həqiqətən öləcəyimi biləndə niyə inandın ? Niyə mənə yoxda həkimə inandın? Niyə sevdiyim? Niyə mənə birdə bele zerbə vurdun? Gözləri doldu, qucaqladı məni. Yağış yağırdı, taleyimə təkcə mən deyil, təbiətdə ağlayırdı. Əlini başımın üzərinə tutdu yağış yağır gəl gedək xəstə olacaqsan gəl. Dedim mən onsuzda xəstəyəm. Danış nə üçün mənim yanıma ürəyin istədiyi üçün deyil, yazığın gəldiyi üçün bir gəldin. Mən özümü sənə borclu bildim. Sənin məni həqiqətən sevdiyini görürəm bu həyatda sənin üçün yalnız bunu edə bilərdim. Həkimlə də danışdım ki, səninlə danışıb müalicələrə razı salacağam. Sən və mən bunu bacaracağıq. Mən yanında olacağam unutma bunu. Həyat mənim üçün həm dəyərli həm dəyərsiz oldu. Nə edim bilmədim. Ona yoxsa özümə yazığım gəlsin. Həqiqətən nə hiss edir bilmək istəyirdim. Get dedim, get her sey uçun sag ol və get rolunu oynadın. Əvvəllər belə deyildi o nazımla oynamaz, mənə laqeyd olardı. İndi təkidlə üzümə baxdı ikimizdə üşüyürdük, amma havadan çox məni yaşananlar üşüdürdü. Getmədi qışqıraraq soruşdum niyə etdin də bunu cavab ver, danış. Kirpiklərindən üzünə düşən yağış damcılarrını əli ilə silərək mənə tərəf gəldi, üzümə baxdı soyuq və yaş əllərini üzümə toxundurub dedi: mən səni .......

Elə o an ayıldım yuxudan. Bütün yuxumu gündəliyimə yazdım ki, unutmayım heç vaxt. Səninlə bağlı bir xatirəni də tarix etdim. Sonda dərin bir nəfəs alıb gündəlyimi bağlayıb qırağa qoydum.