Rusiyanın məşhur “adme.ru” saytı Bakı haqqında məqalə yayımlayıb

Bölmə: Maraqlı › ,
Tarix: 16:06 22.02.2016

Rusiyanın məşhur “adme.ru” saytında Bakı haqqında maraqlı məqalə dərc edilib.

İnformator.az xəbər verir ki, məqalədə Bakı Bulvarı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, İçərişəhər, Qız Qalası, Atəşgah və Xalça Muzeyi haqqında məlumat verilib, hər birinin şəhərə xüsusi gözəllik verdiyi vurğulanıb.

Bakıya səfər etmək üçün əsas səbəblərdən biri olaraq, “Formula-1” Oyunlarını qeyd edən müəllif, tədbirin iyun ayında keçiriləcəyindən də bəhs edir.

Daha bir səbəb kimi Azərbaycan mətbəxi göstərilən məqalədə, mətbəxin zənginliklərindən, nəfis dada malik yemək və şirniyyatlar haqqında da məlumat verilir.

Məqalənin tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://www.adme.ru/svoboda-puteshestviya/hochu-v-baku-1190410/