Bu gün 6 matç var!

Bölmə: İdman › ,
Tarix: 19:22 09.06.2025

"Bu gün Avropa üzrə seçim mərhələlərində Qrup I, J və L-də maraqlı qarşılaşmalar baş tutacaq. Seçim hələ təzə başladığından böyük mənada dəyişikliklərə səbəb olmayıb, amma çox vacib qarşılaşmalar olacaq. Çünki bu qruplarda hər itirilən və ya qazanılan xal çox xüsusi əhəmiyyət danışıyır. Buna görə də komandaların matçlara ciddi yanaşacağı, sona qədər mübarizə aparacağı gözlənilir".

 

Bu fikirləri idman jurnalisti, ekspert Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, günün ən vacib qarşılaşması İtaliya və Moldova komandaları arasında olacaq:


"İtaliya nəinki bu qrupun, ümumilikdə bütün seçim mərhələlərinin favoritlərindən biridir və Moldova üzərindəki qələbəsinə heç bir şübhə yoxdur. Amma ötən tur komandanın gözlənilmədən "3-0" hesabı ilə məğlub olması vəziyyəti elə dəyişdi və iş o yerə qədər gəldi ki, baş məşqçi Luçano Spalletti istefaya göndərildi. O, bu günki matçdan sonra öz vəzifəsindən gedəcək. İtaliya futbolunda problem var, eniş yaşanır. İş elə gətirə bilər ki, komanda ardıcıl Dünya Çempionatına getməsin, onsuz da 2-də iştirak etmədi. Buna görə də Moldova zəif rəqib olmasına baxmayaraq ortada gərginlik var".

 

Müsahibin sözlərinə görə, İtaliyanın böyük hesablı məğlubiyyətindən sonra özünə necə gələcəyi haqqında aydınlıq gətirməsi barəsində hər kəsin diqqəti məhz İtaliya və Moldova qarşıdurmasındadır:


“Ancaq mən İraliyalıların rahat qalib gələcəyini düşünürəm və gözləyirəm. Çünki artıq elə bir mərhələdir ki, xal itkisinə yer yoxdur və qələbə qazanmağa başlamaq lazımdır. Digər matçlarda qarşılaşma komanda daxilində yerdəyişmələrinə görə fərqlənə bilər. Məsələn Uels və Belçika, Xorvatiya-Çexiya maçlarında lider qrupu bitirmə şansları çox olan komandalar arasındakı mübarizənin növbəti mərhələsi yaşanacaq. Bu qarşılaşmalarda xal və ya xallar qazanan komandalar artıq qrup mərhələsində də iddiasını ortaya qoyacaqlar və ən azı payıza qədər statusu yaxşılaşdıraraq uğurlu qrafik cızmağa start verəcələr.


Estoniya və Norveç qarşılaşmasına gəldikdə, estonlar zəif komandadırlar. Öz meydançalarında yaxşı oyun oynasalar da, Norveç ötən tur İtaliya üzərindəki "3-0" qalibiyyəti ilə daha inamlıdır. Estoniyasəfərində daha inamlı təsir bağışlayaraq qələbəyə yaxın tərəf olaraq görünəcək. Digər qarşılaşmada Farer adaları–Cəbəllütariq arasındadır. Onlar "Avropanın cırtdanları"dır və onların yalnız bir-birindən xal qazanmaq imkanları var. Buna görə də bu turda maraqlı qarşılaşma olacaq, nəticədə isə FIFA-nın reytinqinə yüksək təsiri olacaq".

 

Zəhra Möhübbətova