Antonio Konte növbəti mövsümdən “Çelsi”yə rəhbərlik edəcək

Bölmə: İdman › ,
Tarix: 15:13 03.03.2016

Roman Abromoviç “Çelsi” oyunçularına növbəti mövsümdən Antonio Kontenin komandaya rəhbərlik edəcəyini deyib.

İnformator.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məsələ ilə bağlı heyətə ötən beşinci gün milyarder özü məlumat verib. Həmin tarixdən sonra “Çelsi” “Southampton” və “Norwic” üzərində qələbə qazanıb.

Kontedən öncə “Atletiko Madrid”in meneceri Diego Simeone və “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin adı məsələ ilə bağlı hallanırdı.