Elektron poçt ixtiraçısı vəfat edib

Bölmə: Dünya › ,
Tarix: 11:12 07.03.2016

Elektron poçt ixtiraçısı 74 yaşlı Roy Tomlinson ürək tutmasından vəfat edib.

İnformator.az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, ABŞ-lı proqramçı Roy Tomlinson internet pioneri və elektron poçt yaradıcısı kimi daha məşhurdur. Məhz o, bu gün də işlətdiyimiz @ simvolundan istifadə etməyə başlayıb.

Tomlinson ilk dəfə bir kompüterdən digərinə elektron ismarış yollamaq ideyası ilə 1971-ci ildə çıxış edib. Onun ixtirası ARPANET şəbəkəsi və ümumilikdə internetin inkişafında təkan olub.