Almaniyada ötən il 6min azyaşlımiqrant itkin düşüb

Bölmə: Dünya › ,
Tarix: 11:24 11.04.2016

Almaniyada ötən il 5 800 azyaşlı miqrant itkin düşüb.

İnformator.az xəbər verir ki, bu barədə yerli media daxili işlər nazirliyindəkimənbəyə istinadən məlumat verib. Məlumata görə, itkin düşənlərdən 555 14 yaşdan aşağı olanlardır. İtkin düşən şəxslər əsasən Əfqanıstan, Suriya, Eritreya, Morokko və Cəzayirdən gələnlərdir.

Almaniya daxiliişlər nazirliyi miqrantların yoxa çıxmasının səbəbini bilmir.

Almaniya 2015-ci ilin əvvəlindən müharibədən qaçan miqrantların üz tutduğu ölkələrdən biridir. Ölkənin daxili işlər nazirliyi təkcə ötən il 1,1 milyon miqrantın qəbul edildiyini açıqlayıb. Eyni zamanda yerli KİV rəsmi mənbələrə istinadən 500 min qeydə alınmamış miqrantın da ölkədə olduğunu bildirib.