Obama etiraf etdi: Prezidentliyim dövründə ən böyük səhvim

Bölmə: Dünya › ,
Tarix: 12:20 11.04.2016

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvin 2011-ci ildə Liviya lideri Muammər Qəddafinin devrilməsindən sonrakı dövr üçün plan qurmamaq olduğunu deyib.

İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Obama 2008-ci ildən bu günə ilk dəfə Amerikanın “Fox” kanalına verdiyi açıqlamada prezidentliyi dövründə prioritet məsələ və xarici siyasətdə üstünlük verdiyi məsələlərlə bağlı danışıb.

Liviyaya 2011-ci ildə edilən müdaxilə ilə bağlı şərhində Obama prezidentliyi dövründəki ən böyük xətanı “Liviyada (Qəddafinin devrilməsindən) sonrakı gün üçün plan qurmaqda uğursuz olmağımız idi”,-deyə bildirib.

Ötən ay “Atlantic” jurnalinda yayımlanan müsahibəsində də Livya haqqında fikirlərini dilə gətirən Obama bəzi AB liderlərini “diqqət dağıdıcı olmaqda” ittiham edib, Livyadakı xaosun ortaya çıxmasında bu ölkələrin də payı olduğuna işarə etmişdi.

Livya əməliyyatından sonra ölkənin xaosa düçar olması ilə bağlı bu açıqlamasının Ağ ev Milli Təhlükəsizlik şurasının sözçüsü Ned Prays Obamanın İngiltərə Devid Kameron və o dövrdə Fransa prezidenti Nikola Sarkozini hədəfə alan sözlərini aydınlıq gətirib və hər iki ölkənin də ABŞ-ın güclü mütəffiqləri olduğunu vurğulamışdı.

Obama açıqlamasında prezidentliyi dövründəki ən vacib uğurunun 2008-ci ildəki böyük iqtisadi böhrandan ölkəni çıxarmağı hesab etdiyini qeyd edib.

“Obamacare” olaraq da tanınan “səhiyyə islahatının” qəbul edildiyi günün prezidentliyi dövründəki ən yaxşı günü ölduğunu ifadə edən Obama, ən pis gününün isə 2012-ci ildə Sendi Huk məktəbindəki qətliamdan sonra bölgəyə edəcəyi səfər olduğunu ifadə edib.