Hindistanda məbəddə partlayış: 100 ölü

Bölmə: Dünya › ,
Tarix: 12:21 11.04.2016

Hindistanın cənubundakı Kerala əyalətində festival ərəfəsində baş verən partlayışda 100 nəfər həyatını itirib. 350 nəfər yaralanıb.

İnformator.az xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, hava fişəngindən çıxan qığılcımın digər fişəngləri alışdırmasıyla gecə saatlarında partlayış baş verib.  Partlayışda ən az 350 nəfərin öldüyü bildirilib.

Daxili İşlər Naziri Rajnath Singh Kerala əyalət Baş Naziri Oommen Chandy ilə görüşərək qəza ilə bağlı məlumat alıb. Ölənlərin yaxınlarına başsağlığı diləyən Singh, mərkəzi hökumətin hər cür yardıma hazır olduğunu bildirib.

Xəbərlərdə məbəddə Hindu yeni ili olan visunu qeyd etmək üçün hava fişəngləri yığıldığını ancaq bunun qanuni olmadığı ifadə edilib.

Məbəd idarəsi və atəşfəşanlığı təşkil edənlərin ifadəsinin alınacağı qeyd edilib.