Türkiyədə avtobus qəzası: 40 yaralı

Bölmə: Dünya › ,
Tarix: 12:37 11.04.2016

Türkiyənin Afyonkarahisar Emirdağ əyalətində sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 40 nəfər yaralanıb.

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi qəzaya səbəb olub. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.