Rusiyada polis idarəsinə hücum edilib

Bölmə: Dünya › ,
Tarix: 13:15 11.04.2016

Rusiyanın cənubundakı Stavropol şəhərinin Novoselitski bölgəsində polis idarəsinə girməyə çalışan 3 kamikadze giriş qapısında üzərlərindəki bombanı partladıb.

İnformator.az “Tass”a istinadən xəbər verir ki, Daxili İşlər nazirliyi hücumda kamikadzelərdən başqa ölən, yaxud yaralı olmadığını açıqlayıb.

Dördüncü kamikadze isə polis tərəfindən zərərsizləşdirilib.