Türkiyədə terrora dəstək olanlar vətəndaşlıqdan çıxarılacaq

Bölmə: Dünya › ,
Tarix: 13:15 11.04.2016

Rusiyada terrora dəstək verənlərin vətəndaşlıqdan çıxarılması gündəmdədir. Türkiyənin də müzakirə etdiyi layihə Avstraliyada qəbul edildi. Buna bənzər layihə Fransada da uzun müddət müzakirə olunub.

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyip Ərdoğanın “Terror qruplaşmasının tərəfdarlarını vətəndaşlıqdan çıxarmaq daxil olmaqla, bütün tədbirləri görməyə məcburuq” sözləri ilə gündəmə gətirdiyi vətəndaşlıq qanunu bir çox fərqli ölkələrdə də müzakirə olunur. 13 noyabrda 130 nəfərin öldüyü Paris qətliamlarının ardınca Fransa Parlamenti 4 ay boyunca terrora görə məhkum olunanların vətəndaşlıq hüquqlarının əllərindən alınmasını müzakirə edib. Fransa Prezidenti Fransua Ollandın kabineti hazırda konistitusiyada qəbul olunması istənən dəyişikliklə bağlı qanun layihəsini geri çəkməyə qərar verib.