ABŞ-ın Suriyadakı parlament seçkilərini tanımamaq üçün səbəb yoxdu

Bölmə: Dünya › ,
Tarix: 13:40 13.04.2016

ABŞ-ın hazırda Suriyada keçirilən parlament seçkilərini tanımamağı üçün heç bir səbəb yoxdu.

İnformator.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər komitəsinin sədri Aleksey Puşkov deyib.

Daha əvvəl ABŞ dövlət departamenti Vaşinqtonun Suriyada keçirilən seçkiləri qanuni hesab etmədiyini, çünki Suriya xalqının istəyini əks etdirmədiyini bildirib.

“ABŞ-ın bəyanatının xalqın iradəsinə bağlı heç bir əsası yoxdur”,- Puşkov deyib.