Pakistanda qəza baş verib: 19 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 13:50 13.04.2016

Pakistanın Pəncab əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 19 sərnişin dünyasını dəyişib.

İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Pəncab hökumətinin rəsmiləri Faysalabad şəhərində avtobusla yük maşınının toqquşması nəticəsində qadın və uşaqlar da olmaqla, 19 sərnişin ölüb.

Avtobusun parçalandığı qəzada bəziləri çox ağır olmaqla, çox sayda insan yaralanıb.