İstanbulda partlayış olub

Bölmə: Dünya › ,
Tarix: 10:40 16.05.2016

İstanbulda yerüstü keçidin altına qoyulan partlayıcının işə düşməsi nəticəsində 4 nəfər yaralanıb.

İnformator.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əldə edilən məlumata görə, partlayış zamanı yoldan keçən iki nəfər və körpünün altında taksi gözləyən daha iki nəfər yaralanıb.

Yoldan keçən bəzi avtomobillərə də ziyan dəyib.

Partlayışdan sonra əraziyə polis gəlib, araşdırmalara başlayıb.