Iran və Səudiyyə Ərəbistanı qarşıdurması yeni mərhələdə: İran zəvvərları üçün Həcc ziyarəti təhlükə altında

Bölmə: Siyasət › ,
Tarix: 14:39 16.05.2016

 Əlimusa İbrahimov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

  Həcc ziyarətinin başlanmasına bir neçə ay qalmasına baxmayaraq İran və Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları bu ilki Həcc ziyarəti ilə əlaqədar razılığa gələ bilmirlət. İki dövlət arasında baş verən siyasi qarşidurma İran zəvvarları üçün həcc ziyarətini təhlükə altına atmışdır.

     Hər il 78 ölkədən 2 milyona yaxın zəvvar eyni vaxtda Həcc ziyarəti ilə əlaqədar Səudiyyə ərəbistanına səfər edir. Həcc mərasiminin başlanmasına bir neçə ay qalmış zəvvar göndərən ölkələrin nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının mmüvafiq qurumları ilə göndəriləcək zəvvarların sayını, qalacaqları şəraiti, viza və sair məsəlləri müzakirə edir və razılaşma imzalayırlar.

     Müsəlman əhalisinin sayına görə hər ölkə öçün kvota ayrılır. İran ən çox kvota ayrılan ölkələr sırasındadır. Ona ayrılan kvotanın miqdarı 60 min-70 min zəvvar arasında dəyişir. Bu miqdar İran tərəfiniu heç vaxt qane etmir və hər il onlar kvotanın artırılması haqqında müzakirələr aparırlar. Həqiqətdə də İranda sıradan bir vətəndaşın həcc ziyarətinə getməsi üçün illərlə növbə gözləməsi lazım gəlir ki, buda təbiidir. 80 milyon əhalinin milyonlarla potensial zəvvarının olması gözləniləndir.

     2016 cı il Həcc mərasimi sentyabr ayına təsadüf edir və ziyarətin başlanmasına 3 aydan artıq bir vaxt qalmışdır. Tərəflər danışıqlar masası arxasında oturub və siysi iddiaları bir kənara qoyub ziyarətlə bağlı münaqişəni həll etmək əvəzinə hələ də bir-birini günahlandırmaqla məşğuldurlar. Səudiyyə ərəbistanının Həcc Naziri İranın iddialarının əksinə olaraq onları siyasi oyunlar oynamaqda günahlandırır və Həcc ziyarətinin qarşısının alınmasında özlərinin heç bir günahının olmadığını bəyan edir. O deyir ki, İranın Həcc üzrə nümayəndəsi bizim yetkililərlə bütün ölkələrlə imzalanan standart müqaviləni imzalamaqdan imtina etmiş və yerinə yetirilməsi qeyri-mümkün olan güzəştlər tələb etmişlər. Bu tələblərin içində zəvvarlar üçün vizaların İranda verilməsi və İranla Səudiyyə Ərəbistanı təyyarələrinin zəvvarların daşınmasında bərabər iştirak etməsi şərtləri var.

     Bu tələblər də Sədiyyə Ərəbistanı tərəfindən yerinə yetirilə bilmir. Belə ki, diplomatik əlaqələr iki ölkə arasında 2016-cı iln yanvar ayında Səudiyyə ərəbistanı Şiə lideri Nimr əl-Nimrin edam edilməsinə etiraz olaraq bu ölkənin Tehrandakı səfirliyinə nümayişçilər tərəfindən hücüm olunduqdan sonra kəsilmişdir və İran vətəndaşları üçün viza məsələləri SƏK-nın Dubaydakı diplomatik nümayəndəliyi tərəfindən həyata keçirilir. Vizların İranda verilməsinin təşkili təbii ki, qısa müddıtdı mümkün deyil.

     Digər məsələ isə zəvvarların hamısının SƏK-nın şirkətləri tərəfindən daşınmasına təkid edir və bunu İranın təyyarə arsenalının köhnəlməsi ilə əlaqələndirir.

   Bu iki problem aysberqin suyun uzərində görünən hissəsidir. Əsas səbəb isə hər iki tərəfin və üstəlik beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayan siyasi məsələlərdir. Bu İranın Suriyada və İraqda fəaliyyəti, Yəməndə gedən müharibədə iştirakı və nəhayət Yaxın Şərqdə nüfuz uğrunda mübarizənin nəticəsidir. İran, və həm də Səudiyyə Ərəbistanı Krallığı Yaxın Şərqi aralarında bölməklə bağlı Amerika Birləşmiş ştatları Prezidenti Batrak Obamanın təklifinə qulaq asmırlar.

    Ötən ilki Həcc mərasimi zamanı baş verən basabas və bunun nəticəsində iki min zəvvarın və o cümldən, 474 iranlının faciəli şəkildə dünyasını dəyişməsi İran rəhbərliyinin qarşı tərəfə istiqamətləndirdiyi iddialar içərisindədir. İranın Mədəniyyət Naziri Əli Cənnəti 12 mayda Qum şəhərində informasiya agentlikləri üçün verdiyi müsahibədə bildirmişdir ki, Səudiyyə ərəbistanı Krallığı İranlı zəvvarların Həccdə iştirak etməməsi üçün bütün vasitələrdən istifadə edir. “ Son üç ayda biz dəfələrlə problem həll etməyə cəhd etmişik. Amma hər dəfə nümayəndə heyətinin göndərilməsi üçün vizaların alınmasına iki ay vaxt sərf olunur.”

     Onun dediyinə görə İranın Həcc nümayəndələri il ərzində dörd dəfə Səudiyyəlilərlə görüşmüşlər. Onların davranışları olduqca soyuqdur və problem həll etməyə meylli deyillər. İran tərəfi Həcc ziyarətinin baş tutması üçün əlindən gələni edəcək təbii ki, Səudiyyə Ərəbistanı “sabotajdan” əl çəksə.

     Bu ilki Həcc ziyarəti ilə əlaqədar yaranmış problem Cənnəti ilə müzakirə edən İranın nüfuzlu dini xadimiAyətullah Məkarem Şirazi İran Xarici İşlər nazirliyini Səudiyyə ərəbistanı Krallığına qarşı ciddi addımlar atmamaqda günahlandırır. O deyir: ” Səudiyyə Ərəbistanı Krallığının hakim dairələri özlərini iki müqəddəs məkanın hakimi hesab edirlər və Yəmən, Suriya və İraqda üzləşdikləri məğlubiyyətin əvəzini Həcc ziyarəti prosesində çıxarmaq istəyirlər.”

     İstənilən halda , Həcc ziyarəti ilə bağlı problemin qısa müddətdə həll olunmaması hər iki dövlətin imicinə cidd zərbə vuracaqvə gərginliyi daha da artıracaq. Səudiyyə Ərəbistanı Krallığı İran və onun region üzrə müttəfiqləri tərəfindən Həcc ziyarətinin monopoliyaya almaqda günahlandırılacaq və bu iki müqəddəs şəhərin dünya müsəlmanları tərəfindən idarə olunması məsələsini gündəmə gətirəcək.

     İran da öz növbəsində illərlə səbirsizliklə Həcc ziyarəti növbəsi gözləyən on minlərlə potensial zəvvarlar qarşısında cavab verməli olacaq.

     İki ölkə 1987-ci ildən bəri ilk dəfədir ki Həcc ziyarəti ilə bağlı bu qədər ciddi problemlə üzləşirlər. O vaxt Səudiyyə Ərəbistanının polis qüvvələri ilə İranlı nümayişçilərin toqquşması İranlı zəvvarlar üçün Həccin yolunu 1991-ci ilədək bağlamışdı.