ERASMUS+LPEB layihəsi çərçivəsində yüksək səviyyəli texniklər hazırlanacaq

Bölmə: Sosial › ,
Tarix: 16:37 16.05.2016

Azərbaycan Texniki Universitetində  ERASMUS+ proqramının LPEB layihəsində iştirak edən universitetlərin nümayəndələri  və Avropa  Birliyinin layihə üzrə eksperti Jean-Sebastienin iştirakı ilə seminar keçirilib. Bildirilib ki, beynəlxalq layihə ilə bağlı işlər uğurla davam edir.

Jean-Sebastien layihə çərçivəsində hazırlanan proqram haqqında ətraflı məlumat verib və layihə ilə bağlı əldə edilən nəticələrlə tanış olub. Ekspertin sözlərinə görə ERASMUS+LPEB proqramında təkcə mühəndis deyil, həmçinin ixtisaslı texniklərin hazırlanması da həyata keçiriləcək.

Qeyd edək ki, AzTU-nun regional koordinatorluq etdiyi ERASMUS layihəsinin bir qolu olan ERASMUS+LPEB proqramı çərçivəsində yüksək səviyyəli kadrların hazırlanması həyata keçirilir. Müddəti 36 ay olan  layihədə Azərbaycan, Rusiya və Çin iştirak edir. Layihə bu üç ölkədə binaların enerji və ekoloji səmərəliliyi üzrə distant təhsil formatında aparılır. Avropanın 9 universitetində həyata keçirilən ERASMUS+LPEB proqramında Azərbaycandan üç universitet: Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti iştirak edir.