Türkiyə - ABŞ münasibətlərinin normal inkişafını əngəlləyən səbəblər

Bölmə: Siyasət › ,
Tarix: 17:00 16.05.2016

Türkiyə - ABŞ münasibətləri soyuq müharibədən sonra mütəmadi problemlər yaşamış və bu günə qədər keçən dövr ərzində katklizmlərlə dolu olmuşdur.

İki dövlət arsında münasibətlərin qızıl dövrünü 1950-1990-cı illər hesab etmək olar. Bu dövr Türkiyə Sovet təhlükəsinə qarşı dayanmaqda başda ABŞ olmaqla qərb ölkələrinin ən yaxın müttəfiqi idi. Soyuq müharibənin bitməsi beynəlxalq aləmə yeni reallıqlar gətirdi. Türkiyənin regionda oynadığı rol və onun ABŞ üçün əhəmiyyəti müəyyən dəyişikliyə məruz qaldı. SSRİ-nin dağılması və onun ardınca Rusiyanın taleyinin qeyri-müəyyən görünməsi Türkiyəyə diqqəti zəiflətdi. Digər tərəfdən regionda baş verən hadisələrə Türkiyənin müstəqil müdaxiləsi və öz rolunu oynamağa çalışması Qərb dövlətləri tərəfindən adekvat qarşılanmadı ilə zaman-zaman qarşıdurmaya gətirib çıxardı. Türkiyə və Amerika Birləşmiş Ştatları arasında qarşıdurmanın yaşandığı sahəhələrdən ən önəmlisi Yaxın və Orta Şərqdir. Burada bir çox dövlətlərin maragları toqquşur və ABŞ-ın son 20 ildə aktiv müdaxiləsi regionda olan müttəfiqləri arasında belə razılıqla qarşılanmır. ABŞ-ın İraqa müdaxiləsi, müdaxilədn sonrakı dövr və Suriyada vətəndaş müharibəsinin başlanması iki dövlət arasında gərginliyi artıran hadisələrdir. İraqdan ABŞ-qoşunları çıxarıldıqdan sonra İraq məsələsi bir qədər arxa plana keçmişdir. Suriyada vətəndaş müharibəsinin alovlanması və getdikcə daha çox ölkələrin bu müharibəyə cəlb olunması Türkiyə-ABŞ arasında münasibətlərin qaydaya salınmasını əngəlləməkdə davam edir.

İlk baxışda regionda həm Türkiyə həm də ABŞ-ın məqsədinin müharibənin qarşısının alınması, Başər Əsədin hakimiyyət uzaqlaşdırılıb sülh və əmin amanlığın bərqərar olunmasıdır. Belə olan halda strateji məqsəd eynidir, amma taktiki gedişlər iki dövlətə birgə daha effektli fəaliyyət göstərməsinə mane olur. Müharibənin başlanğıcında hər iki dövlət hesab edirdilər ki, Başər Əsəd legitimliyini itirmişdir və bundan sonra o Suriyada prezident ola bilməz. Bütün fəaliyyət bu qaniçənin hakimiyyətdən salınmasına yönəlmişdi. Amma müəyyən müddət keçdikdən sonra xüsusilə, Rusiya və İranın Başər Əsədi hakimiyyətdə saxlamaq üçün müdaxiləsi gücləndikcə ABŞ-ın da Başər Əsədin hakimiyyətdən getməsinə münasibəti dəyişdi. ABŞ-da keçid dövrü üçün Başər Əsədin hakimiyyətdə qalmasını qəbul etməyə başladılar. Türkiyə isə bu fikirlə heç cür razılaşa bilmir. Onun fikrinə görə beynəlxalq qüvvələrin bir yerə yışıb silah və təzyiq vasitəsi ilə hakimiyyət getməyə məcbur edə bilmədikləri Əsədin seçki vasitəsi ilə Suriyadan uzaqlaşdərəlması mümkün deyil. Münasibətləri gərginləşdirən digər faktor ABŞ-ın Suriyada fəaliyyət göstərən PYD vəYPG əlaqələridir. Türkiyə ABŞ-ın rəhbərliyinin diqqətinə çatdırmağa çalışır ki, PYD Türkiyədə mövcud olan və ABŞ-ın özü tərəfindən terrorçu təşkilat kimi tanınan PKK-nın Suriyadakı qoludur və bu iki təşkilat arasında ciddi münasibətlər və iş birliyi mövcuddur. YPG də öz növbəsində PKK və PYD – yə bağlı silahlı qüvvədir onların hər ikisinə terrorçu qrup kimi baxmaq lazımdır.

ABŞ isə YPG-ni Suriyada özünə müttəfiq hesab edir və İŞİD-ə qarşı mübarizədə bu silahlı birləşməni sursat kəşfiyyat məlumatları ilə təchiz edir. Təbii ki, Amerika Birləşmiş Ştatlarında da bu sahədə Türkiyənin gətirdiyi arqumentlərlə razılaşan və PYD-YPG - nin İŞİD-ə qarşı mübarizədə ABŞ-ın əlverişli tərəf-müqabili olmadığını düşünənlər mövcuddur və onlar da qəbul edirlər ki, Türkiyə narazı qalmaqda haqlıdır. ABŞ kürdləri əvəz edə biləcək tərəf müqabili axtarışındadır və onun əmələ gəlməsinə qədər bu siyasəti davam etdirmək məcburiyyətindədir. Oamerika heç vaxt Türkiyənin regionda şəraitə rəhbərlik etməsinə imkan verə bilməz. Türkiyənin regionda daha da güclənməsi ABŞ tərəfindən təhlükə kimi qiymətləndirilir. Buna görə də Türkiyəyə qarşı qoymaq üçün PYD və YPG-ni əlində saxlayır. Hətta bu terrorçu qrupların Rusiya ilə münasibətlərinə göz yumur. Bilindiyi kimi PKK, PYD və YPG regionda öz məqsədlərinə çatmaq üçün Rusiya ilə əlaqələrindən də istifadə edir. Onuların əsas məqsədi isə Suriyada münaqişdən istifadə edərək bu ərəb dövlətini federallaşdırmaq və federasiya tərkibində müstəqilliyə nail olmaqdır.

Təbii ki, bu ideya regionda mövcud olan heç bir dövlət tərəfindən qəbul edilə bilməz və Ərəb dövlətlərindən tutmuş İrana qədər heçkim bu ideyanı dərəkləmir. Amma Kürd qüvvələri İraqda Regional Kürd Dövlətini yardılmasından ruhlanaraq mübarizəni davam etdirir və ümid edirlər ki İŞİD-ə qarşı apardıqları müharibənin müqabilində gələcəkdə Suriyanın talleyində rol oynamağa buraxılacaqlar.

Əlimusa İbrahimov
                                         Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, Politoloq