Qloballaşmanın milli mənəvi dəyərlərə təsiri araşdırılıb

Bölmə: Sosial › ,
Tarix: 13:41 21.06.2016

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Eurovision, “Formula -1” Avropa Qran-pri yarışları və bu kimi digər tədbirlər azərbaycançılıq amalını dünyaya nümayiş etdirir.

İnterAz xəbər verir ki, bu fikirlər Mingəçevir şəhərində keçirilən “Qloballaşmanın milli mənəvi dəyərlərə təsiri” adlı seminarda səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə çıxış edən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibovanın sözlərinə görə, qloballaşmanın sürətli axarına düşən Azərbaycan bu prosesdə ümumbəşəri dəyərləri əxz etsə də, özünün tarixi-mədəni keçmişindən gələn milli mənəvi dəyərlərini və ənənələrini də qorumağa çalışır. Bildirilib ki, ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli mənəvi dəyərlərin olduğunu hər zaman bəyan etmişdi.

Müasir dövrdə milli mənəvi dəyərlərin qorunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasət öz bəhrəsini verir. Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan minlərlə turistə öz dəyərlərini təqdim edir. Tanınmış jurnalist İlqar Rəsul milli mənəvi dəyərlərin qorunmasında medianın xüsusi rolundan danışıb. Onun sözlərinə görə, media bu məsələyə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Çünki KİV-lərin auditoriyaya dediklərini gənc nəsil daha tez qəbil edir.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Bölmədən digər xəbərlər
Beynəlxalq vebinar keçirilib
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Sosial təminat investisiyaları üçün mühasibat uçotu və maliyyə hesabatı standartları və təcrübələri” mövzusunda beynəlxalq vebinar keçirilib.