Türkiyədə Fətullah Gülənə pensiya ödənilməsi dayandırılıb

Bölmə: Siyasət › ,
Tarix: 14:34 20.07.2016

Türkiyənin Sosial Müdafiə Qurumu (Sosyal Güvenlik Kurumu - SGK) Fətullah Gülənin pensiyasını ləğv edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SGK F. Gülənin təqaüdçü maaşının ödənilməsini dayandırıb və onun bütün sosial hüquqlarını ləğv edib.

Qurumda F. Gülən icmasına yaxın şəxslərin işdən uzaqlaşdırılmasına hazırlıq gedir.