Dilma Rusef Olimpiya oyunlarının açılış mərasimində iştirakdan imtina edib

Bölmə: Dünya › ,
Tarix: 10:38 27.07.2016

Brazilyanın vəzifədən kənarlaşdırılmış prezidenti Dilma Rusef 2016 Rio Olimpiya oyunlarının açılış mərasimində iştirak etməkdən imtina edib.

İnformator.az xəbər verir ki, Rusef bu barədə “Radio France İnternational”a müsahibəsində deyib. O qeyd edib ki, Olimpiya oyunlarında ikinci şəxs kimi iştirak etmək niyyəti yoxdur. Parlament tərəfindən haqqında 180 günlük uzaqlaşdırma qərarı verilən Rusef əlavə edib ki, Rio oyunları sabiq Braziliya prezidenti Luiz İnacio Lula da Silvanın əməyinin bəhrəsidir.

May ayında büdcə pozuntularına görə, Braziliya parlamenti Dilma Rusefin impiçmentinə qərar verib.