Milli - mənəvi dəyərlər gələcək nəsillərin mənəvi sərvətinə çevriləcəkdir-Fotolent

Bölmə: Sosial › ,
Tarix: 13:33 09.09.2016

Qloballaşma prosesi Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, milli-mənəvi dəyərlərinə təsir göstərir.

İnformator.az xəbər verir ki, bu fikirlər Qəbələdə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri” mövzusunda keçirilən seminarda səsləndirilib.

Ekspert, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə vurğulanıb ki, milli-mənəvi dəyərlər azərbaycançılığın ayrılmaz tərkib hissəsi olub, xalqımızın əsrlər boyu yaratdığı dili, dini, adət-ənənələri, yüksək mənəviyyatı özündə cəmləşdirib. 

Qeyd olunub ki, Azərbaycançılıq ideologiyasının formalaşmasına təsir edən milli-mənəvi dəyərlərimiz dünya xalqlarının yaratdığı ümumbəşəri dəyərlərlə bağlı milli-mənəvi və əxlaqi keyfiyyətlərdir. Milli-mənəvi dəyərlər nəsillərin irsi sərvəti, tarixilik və müasirliyin vəhdəti olub, bu günə gəlib çatıb və indiki qloballaşma şəraitində transformasiya ilə uzlaşaraq, gələcək nəsillərin də mənəvi sərvətinə çevriləcəkdir.

Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyillərindən kənarda qalmamaqşərti ilə, milli mədəniyyətin özünəməxsusluğunu qoruyur və eyni zamanda dünyanın mədəni nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar yaradır.

Qeyd edək ki, seminar Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.