«Sevgi açarı» mövzusunda pulsuz seminar-təlimlər başlanır

Bölmə: Sosial › ,
Tarix: 13:31 03.10.2016

Oktyabr ayının 4-dən başlayaraq bir ay müddətində Gülnara İnanc ilə «Sevgi açarı» mövzusunda pulsuz seminar-təlimlər başlanır.

İnformator.az xəbər verir ki, seminar-təlimlər «Özünü dəyiş» Mental düşüncə mərkəzi (rəhbəri parapsixoloq və şəxsiyyətin formalaşması təlimçisi Gülnara İnanc) və «Eltac Medikal» Kosmetoloji klinikasının birgə təşəbbüsü ilə həyata keçirilir. «Eltac Medikal» klinkasının prezidenti, tanınmış professional həkim-kosmetoloq, tibb elmləri namizədi Firuzə İsrafilovadır.

Seminar-təlimlərdə meditasiya və digər təcrübələr vasitəsilə aşağıdakı mövzular araşdırılacaq:

-insanın özünə olan sevgisinin yaranması və gücləndirilməsi

-özünə sevginin bəşəri-ilahi sevgiyə transformasiya olunması

-övlada sevgi

-cəmiyyətə sevgi

-əks cins arasında sevgi münasibətlərinin tənzimlənməsi

-ailə münasibətlərində sevgi

-ətraf mühitə sevgi

Seminar-təlimlər həftədə 2 dəfə – ikinci və dördüncü günlər saat 19-00 da "Eltac Gözəllik” Kosmetoloji klinikasında keçiriləcək.

Ünvan: Mirzaağa Əliyev küç. 244. 28 may metrosu. Konservatoriyanın yanı
Tel. 050 201 33 91, 012 498 18 78. Yerlər məhduddur. Qatılmaq üçün əvvəlcədən əlaqə saxlamanız xahiş olunur.