Azərbaycanın turizm imkanları barədə Rusiya kanalında video materiallar yayımlanıb-Video

Bölmə: Sosial › ,
Tarix: 14:44 14.10.2016

Rusiya federasiyanın “Astarxan 24” kanalında Azərbaycanın turizm imkanları barədə video materiallar yayımlanıb. Paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif regionları haqqında geniş materiallar bu kanal vasitəsilə geniş auditoriyaya təqdim olunub. 

İnformator.az xəbər verir ki, yayımlanan materiallarda xüsusilə regionların turizm potensialı, turistlərin daha çox diqqətini çəkəcək tarixi abidələr, təbiət mənzərələri və obyektlər barədə məlumatlar yer alıb.  Paytaxtdan əlavə Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Gəncə, Lənkəran və Mingəçevir rayonlarının turizm potensialı haqqında da “Astarxan 24” kanalında materialların yayımlanıb.

Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən Azərbaycanının turizm potensialının Rusiyanın “Astarxan 24” kanalı vasitəsilə təbliği layihəsi çərçivəsində 9 video reportajın yayımı həyat keçirilib.

“Astarxan 24” kanalı 1 mart 2014 ci ildən fəaliyyətdədir. Televiziya peyk, kabel şəbəkələri və internet vasitəsilə siqnal paylayır. Peyk yayımı - Rusiyanın əhalisinin 95 faizini əhatə edir. Kanal Həştərxan vilayəti kabel operatorlarının şəbəkələrində təmsil olunur. Kabel yayımından izləyicilərin sayı - 231 400 təşkil edir. Internet yayımı hər bir ölkədə, 24 saat yayımlanır. İnternet üzərindən izləmədə izləyicilərin sayı  sutkada 3000 nəfər təşkil edir.