Bakıda “Yaşıl dünya- mənim, sənin, bizim qurtuluşumuz” layihəsi keçirilib-Fotolent

Bölmə: Sosial › ,
Tarix: 14:25 28.10.2016

Bəşər inkişaf etdikcə oksigen ehtiyyatı azalmağa və karbon qazı çoxalmağa doğru gedir. Bu proses XXI əsrdə daha da sürətlənib. Milyonlarla avtomobillərdən çıxan tüstü, qazanxanalar, zavodların tüstüsü, kondisionerlər və sair dünyamızı addım-addım məhvə doğru aparır.

Dünyada ekoloji problemlər mövcuddur və bu problemlərin aradan qaldırılması istiqamətində layihələr, müxtəlif ölkələrin cəlb edilməsi ilə tədbirlər həyata keçirilir.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Bakıda keçirilən “Yaşıl dünya- mənim, sənin, bizim qurtuluşumuz” layihəsinin sorğusunda səsləndirilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin baş məsləhətçisi Şövkət Bəkirov bildirib ki, Azərbaycanda da bir sıra ekoloji problemlər mövcuddur. Onun sözlərinə görə, bura atmosfer havasının çirklənməsi, neftlə çirklənmiş ərazilər, su obyektlərinin nəzarətda saxlanması, radiasiya daxildir: “Bu ekoloji məsələlərin həlli bağlı tədbirləri görülür.”
 
“70%-dən çox atmosfer havasının çirklənməsi nəqliyyat vasitələrinin üzərinə düşür. Müasir tələblərə cavab verən nəqliyyat vasitələrinin idxal olunması, yol kənarında yaşıllıqların salınması atmosfer havasının çirklənməsinin qarşısını almağa yönəlib. Ölkədə yaşıllıq ərazisi nə qədər çox olarsa, atmosfer havası daha çox təmizlənir. Transsərhəd çaylar daha çox çirklənməyə məruz qalır, hansı ki içməli su ehtiyacımızn 70%-ini ödəyir”, - qurum rəsmisi deyib.

Onun sözlərinə görə, nazirlik bununla bağlı işlər görür və bütün ölkə vətəndaşları da ətraf mühitin mühafizəsində öz üzərinə düşəni etməlidir.

Sorğuda iştirak edən gənclər də ətraf mühitin, ekologiyanın qorunmasının hər birimizin həyatı və gələcəyi üçün əhəmiyyəli olduğunu deyib. Qeyd edilib ki, havanın çirkləndirənlərə, zibili yerə atanlara qarşı hər birimiz duyarlı olmalıyıq.

Daha sonra ekoloji problemlər və onlara qarşı aparılan işlərlə bağlı məlumatları əks etirən broşürlər sakinlərə paylanılıb.