EL Gücü Beynəlxalq humanitar assosasiyası təlim keçirdi

Bölmə: Sosial › ,
Tarix: 14:11 16.12.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, EL Gücü Beynəlxalq humanitar assosasiyanın təşəbbüsü ilə dekabr ayının 10-da gənclər üçün növbəti maraqlı təlim keçirildi. Təlim “Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə çərçivəsində baş tutdu. Təlimçilər qismində BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq xanım Sadıqova, politoloq Taleh Əliyev və Habil Niftalı çıxış etdi. Tədbirin əsas məqsədi Azərbaycanda yaşayan etnik qrupların mədəni irsini, tarix və mədəniyyət abidələri, adət-ənənələri haqqında gənclərə və ictimaiyyətə məlumat verməkdən ibarət idi. Təlimçilər çıxışlarını bitirdikdən sonra Sumqayıt  Dövlət Universitenin gəncləri ilə fikir mübadiləsi apararaq, onların maraqlandıran sualları cavablandırdı. Tələbələr də öz növbələrində bu istiqamətdə gələcəkdə görüləcək işlər haqqında bəzi təkliflər verdilər. Təkliflər layihə rəhbərliyi tərəfindən maraqla qarşılandı. Sonda təlimə verdiklərə dəstəyə görə rəhbərliyi və təlimçilər təşəkkürnamə, iştirakçılar isə sertifikatlarla mükafatlandırıldı.