Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi haqda tədbir

Bölmə: Sosial › ,
Tarix: 14:35 16.12.2016

Sayları təxminən 4500 nəfərə yaxın olan udidlər Nicdən əlavə, 78 nəfəri də Oğuz rayonunda yaşayır.
Bu xalqla bağlı XIX əsrdən etibarən tətqiqatlar aparılıb, məlum olub ki, udinlər Azərbaycanın Qafqazdilli aborigen etnoslarındandır. Tarixən və elə bu günümüzdə də dünyanın etnik xəritəsində udinlər yalnız Azərbaycanda mövcud olub. Azərbaycanın qədim etnoslarından olan udinlərin öyrənilməsi ilə alimlər uzun illərdir ki, məşğul olurlar.
Udinlər Azərbaycandan başqa, bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda yaşayır. Aparılan araşdırmalar sübut edib ki, digər ölkələrdə yaşayan udinlərin hamısı Azərbaycandan köçüb gedənlərdi. Məsələn qonşu Gürcüstana Azərbaycanın keçmiş Vartaşen (indiki Oğuz-S.S.) rayonundan XVII əsrdə köçüb gediblər. Hazırda Gürcüstanda yaşayan udinlərin sayı axırıncı məlumata görə, 500 nəfərdir.
Danaqari Alek Yegeşeviç bizimlə söhbət zamanı bildirdi ki, Gürcüstanda yaşayan udinlər demək olar ki, 50- 60 % gürcüləşib. Onların əksəriyyəti öz ana diılini bilmir, sadəcə yaşlı nəslin nümayəndələri öz dillərində daşımağı bacarır. Yegeşeviç bunun əsas səbəbini orada məktəblərin yalnız gürcü dilində olması ilə əlaqələdirir. Öz ana dilini yaşatmaq üçün dövlət də udin xalqına imkan yaratmır.
A.Yegeşeviç maraqlı bir məqama da toxundu, onun sözlərinə görə, digər yerlərdəki udinlər intellektual potensiala görə, Oğuz udinlərindən çox geridədir. Hal-hazırda Oğuzdan çıxan xeyli udin var ki, Rusiyada, Amerkada bizneslə, elmlə məşğuldurlar. Əslən Oğuzdan olan bir neçə udin zabit var ki, Rusiyada general rütbəsinədək yüksəliblər. Udinlər içərisində alimlər də çoxdu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı, EL Gücü Beynəlxalq Humanitar assosasiyanın təşəbbüsü ilə keçirilən növbəti təlimdekabr ayinin 14-də Oğuz rayonunda keçirildi. Təlim “Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə çərçivəsində baş tutdu. Təlimçilər qismində BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq xanım Sadıqova və Habil Niftalı çıxış etdi. Məqsəd burda yaşayan udinərlə bərabər digər etnik qrupların mədəni irsini, tarix və mədəniyyət abidələri, adət-ənənələri haqqında gənclərə və ictimaiyyətə məlumat vermək idi. Təlim iştirakçıları verdikləri dəstəyə gorə Oguz rayon əhlisi və burda yaşayan etnik qruplara öz təşəkkürünü bildirdi.