"Dövlət və Özəl sektor arasında Tərəfdaşlıq" mövzusunda konfrans

Bölmə: Sosial › ,
Tarix: 16:47 23.12.2016

Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Özəl sektor arasında Tərəfdaşlıq" mövzusunda konfrans keçirilib

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “İnkişaf” Təqdiqatlar Mərkəzinin təçkilatçılığı ilə Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Özəl sektor arasında Tərəfdaşlıq" mövzusunda konfrans uğurla başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından verilən məlumata görə, konfransda iştirak edən dövlət qurumlarının yüksək və orta səviyyəli rəhbər şəxslərinə dövlət və özəl sektor arasında tərəfdaşlığın hüquqi, iqtisadi əsasları, tərəfdaşlıq modellərinin növləri, layihələrin tərtibatı, strukturu, tərəfdaşlıq layihələrində risklərin idarə olunması sahəsində bilik və bacarıqlar çatdırıldı. Konfrans iştirakçılarına həmçinin bu sahədə avropa təcrübəsi ilə yanaşı Azərbaycanda dövlət və özəl sektorun birgə tərəfdaşlığı üçün potensial imkanların aşkar olunması və onların həyata keçirilmə mexanizmləri göstərildi.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfrans içtirakçıları qarşısında çıxış edərək "müasir Azərbaycanın inkişafında ən zəruri şərtlərdən biri olan insan kapitalının formalaşması üçün innovativ tədris metodların və eyni zamanda rəqabətə davamlı ixtisaslar üzrə bilik və bacarıqların artırılması zəruriliyini" vurğuladı. AkademikUrxanƏləkbərov, həmçinin "Azərbaycan 2020: Gələcəyəbaxış" konsepsiyasından irəli gələn vəzifələrə toxunaraq, dövlət və özəl sektorun birgə tərəfdaşlığ ımodelinin Azərbaycana gətirilməsinin vacibliyini qeyd etdi.

Konfransın əsas məruzəçisi cənab Bartoş Maysiorski (PPP-Centrum) dünyanın aparıcı dövlətlərində "Public Private Partnership" kimi tanınan dövlət və özəl sektorlar arasında tərəfdaşlıq modelinin Azərbaycanda geniş tətbiqi üçün potensialın, zəruri şərtlərin və eyni zamanda əlverişli imkanların mövcud olduğuna toxundu.