Azərbaycandakı yollarda ən böyük problem insan amilidir

Bölmə: Sosial › ,
Tarix: 12:29 16.03.2017

Son vaxtlar nəqliyyatda baş verən xoşagəlməz hadisələrin, qəzalaın sayı azalmaq əvəzinə daha da artmaqdadır. Bu günlərdə Sumqayıt-Bakı yolunda baş verən avtomabil qəzası və 6 tələbənin dünyasını dəyişməsi, çoxlü sayda yaralıların olması ən ağır yol qəzalarindan hesab oluna bilər.  Sürücüdən tutmuş nəqliyyata cavabdeh orqanlarn hamısı ictimiyyətdə  qınanıldı. Amma yol mədəniyyəti, təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri demək olar ki, ya aparılmır ya da zəif şəkildə yerinə yetirilir. Bir szölə növbəti, səriştəsiz sürücülərin ucbatndan baş verə biləcək qəzalardan hç kim sığortalnmayıb. Qəzalar azalamyacaqmı, insanlar daim təhlikədə olacaqlarmı? Bu və digər sualları cavablandrmaq üçün informator.az saytı uzun illərdir Azərbaycada çalışan Hurmoğlu Danışmanlık Şirkətininin  rəhbəri, HED Akademiyasının yaradıcısı və yol təhlükəsizliyi üzrə beynəlxalq ekspert Cankat Hurmoğlunun fikirlərini öyrənib. Hurmoğlu Danışmanlık Şirkətininin əsas missiyası yollarda təhlükəsizlik, qəzasızlıqla bağlı təlimlərin, monitorinqlərin, yol risk analizlərinin aparılması və avtomobillərə nəzarət edilməsidir.



"Təhlükə anında avtomobildə olan insanlara dəyə biləcək zədələri minumuma endirməklə bağli vacib məlumatlar veririk"

-Cankat bəy ilk olaraq rəhbərlik etdiyiniz şirkət barədə məlumt verməyinizi istərdik:

-Biz Hurmoğlu Danışmanlık şirkətini  ötən əsrin 90-cı illərində Almanyada yaratdıq. Şirkət DVR, yəni alman dövlətinin də iştirak etdiyi "Yol Təhlükəsizlik Komissiyası"nın üzvüdür. Avropada bir qədər bu sahədə çalışdıqdan sonra qərara gəldim ki, bu işlər bizim ölkələrdə də görülməlidir. Ona görə 1998-ci ildə Türkiyədə çalışmağa başladıq və iki il Almaniya üzərindən çalışdıqdan sonra firmanı Türkiyəyə köçürdük. Hazırda mərkəzimiz Türkiyədə olmaqla bu gün Almanya, Gürcüstan və Azərbaycanda da ofislərimiz var.Digər ölkələrdəƏrəbistan və Kanada da fəaliyyət göstəririk. Bu ölkələrin arasında Azərbaycan iş həcminə görə Türkiyədən sonra ikinci yerdədir. Çünki burada əsasən transmilli şirkətlərin və onların podratçılarının sifarişləri yerinə yetirilir. Azərbaycanda yalnız HED Consultancy-nin iş təcrübəsi və sahib olduğu sertifikatlar bu firmaların tələbatlarını qarşılamağa imkan verir.2011-ci ildən BP-nin yol təhlükəsizliyi, qəzasızlıq ilə bağlı bütün təlimlərini keçirir, monitorinq aparır, yol risk analizlərini edir və avtomobillərinə nəzarət edirik. Əsas hədəfimiz yollarda təhlükəsizliyin, qəzasızlığın təmin olunmasıdır. Təbii ki, bunu etmək üçün müştərilərimizin də bəzi çatışmazlıqları aradan qaldırması lazımdır və biz də bu işdə onlara yardımçı oluruq. Bəzi treninqlər var ki, minik maşınlarından tutmuş TIR-lara qədər bütün sürücülər onlardan keçməli, nəzəri və təcrübi imtahan verib sertifikat almalıdır. Məsələn, BP-də yalnız bu sertifikatı aldıqdan sonra sükan arxasına keçmək olar. Türkiyədəki işlərimizin də bəziləri Azərbaycana bağlıdır. Buraya TANAP kimi layihələrdə çalışan şirkətlərə göstərdiyimiz məsləhətçi xidmətləri daxildir. Azərbaycanda isə yalnız BP ilə deyil, 123 firma ilə çalışırıq.


"Azərbaycandakı qəzalarda insanlar ekstremal hallarda necə davranmalı olduqlarını bilmirlər"

-Maarifləndirmə işlərini əsasən harda aparırsınız?

HED  Akademiyası korporotiv sosial məsuliyyət çərçivəsində ictimai yerlərdə, universitetlərdə, müxtəlif şirkətlərdə nəqliyyat təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir. Buna misal olaraq insanların daha çox toplaşdığı yer kimi seçdiyimiz Park Bulvarda, HED Academiya Azerbaijan, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Park Bulvarın birgə təşkilatçılığı ilə həyata keçirdiyimiz “Ümumdünya yol qəzaıarı qurbanlarının xatirə günü”nə həsr olunmuş sosial layihəni misal göstərə bilərəm.  Bu sosial layihədə məqsədimiz insanları təhlükəsizlik qaydaları və təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı məlmumatlandırmaq idi. Sosial layihədə aşma əleyhinə simulyatordan istifadə etdik,  3 gün davam edən layihədə təxminən 400 nəfər iştirak etdi. İctimaiyyət arasında tanınan insanlarla dəfələrlə korporotiv sosial məsuliyyət çərçivəsində təlimlər keçirmişik. Məqsədimiz insanları nəqliyyat təhlükəsizliyi ilə bağlı maarifləndirməkdir. Təbii ki, insanları maarifləndirməkl üçün bu tip layihələri davam etdirəcəyik.



"Dövlət də yolları planlaşdırarkən təhlükəsizlik problemini nəzərə almalıdır"

-İndiyədək  Azərbaycanda gördüyünüz işlərin nəticələrini necə qiymətləndirərdiniz?

-Əslində biz yetişkin insanlara təlimlər keçirik. Yəni artıq sürücülük hüququ olan, maşın sürə bilən, öz maşını olan, işə maşınla gedib-gələn və ya işdə maşın işlədən insanlarla treninqlər keçiririk. Treninq keçən sürücülərin qəza törətmə ehtimalları ilə treninq keçməyən sürücülərin qəza törətmələri arasında çox böyük fərq var. Bununla bağlı dünya statistikaları da var. Bizim kimi şirkətlərə Avropada, inkişaf etmiş ölkələrdə ehtiyac böyükdür.Baxmayaraq ki, bu ölkələrdə avtomobil idarə edənlər təhlükəsizlik qaydalarına daha diqqətlə əməl edirlər. İşimizlə bağlı əldə etdiyimiz nəticələrə gəlincə, məsələn, avtomobil sürtülmələri kimi kiçik qəzalardan başqa, əvvəllər ildə 10-12 dəfə böyük qəzalar törədən kompaniyalar bizim şirkətlə əməkdaşlığa başladıqdan sonra aşağı-yuxarı, qəzalar 60-70 faiz aşağı düşüb. Yəni o zaman 10  qəza törədən, indi artıq  2-3 qəza törədir. Bu qəzalar da özlərindən qaynaqlanan səbəbdən deyil, kənardakıların səhvləri ucbatındandır. Artıq statistikalar ortaya qoyub ki, bu cür treninqlər mütləq kömək edir. Biz insanların düşüncə tərzini, fikirlərini bir az düzgün istiqamətləndirməyə çalışırıq. Yəni təhlükənin nə olduğunu hələ görməmiş,  bilməmiş, o təhlükə başına gəlməmiş, treninqlərdə avtomobili düzgün idarə etməyin qaydalrı, yollarda ola biləcək təhlükələri, təhlükə anında avtomobildə olan insanlara dəyə biləcək zədələri minumuma endirməklə bağlı vacib məlumatlar veririk və təhlükə varmış kimi maşın sürməsinə imkan yaradırıq.Bu da nəticədə sürücünü qəza anında nə edə biləcəyi ilə bağlı bilgiləndirir və təcrübəsini artırmış olur.



"Sumqayıt-Bakı yolunda baş verən son qəzanı araşdırmamışam, ancaq bilirəm ki, bu gənclər ölməyə bilərdilər"

-Bu günlərdə Bakı-Sumqayıt yolunda avtomabil qəzası oldu və 6 tələbə dünyasını dəyişdi. İnsanlar daha çox sürücünü günahlandırırlar. Hadisənin onun səriştəsizliyindən baş verdiyi söylənilir. Sizin bununla bağlı müşahidələriiz nə deyir?

-Mən bu hadisə ilə bağlı konkret bir şey deyə bilmərəm, çünki bu qəza barədə geniş məlumatım yoxdur, qəzanı araşdırmamışam. Bilmirəm hadisə necə baş verib, avtobus təhlükəsizlik qaydalarına cavab verirdirmi, avtobusun içində qəza anında insanları qorumaq üçün təhlükəsizlik qaydalarına əməl olunmuşdumu?  Ancaq umumi yanaşa bilərəm. Belə qəzalarda adətən faiz etibari ilə sürücünün günahı daha çox olur.İnsan faktoru. Bəli, əsas problem insanların özüdür. Əslində bu məsələdə Azərbaycanın Türkiyədən çox fərqi yoxdur. Amma Azərbaycandakı yollarda ən böyük problem insan amilidir. İnsanları biraz qaydalara əməl etməyə inandıra bilsək hər şey düzələcək. Təbii ki, hər şeyi insanıların üzərinə atmaq da olmaz. Dövlət də yolları planlaşdırarkən təhlükəsizlik problemini nəzərə almalıdır.

 

"Bəzi treninqlər var ki, minik maşınlarından tutmuş TIR-lara qədər bütün sürücülər onlardan keçməli, nəzəri və təcrübi imtahan verib sertifikat almalıdır"

Sizcə insanları qaydalara əməl etməyə sövq etmək üçün nə etmək lazımdır?  Cərimə və cəzanı gücləndirmək, yoxsa maarifləndirmə və qabaqlayıcı tədbirlər iş aparmaq lazımdır?

-Cərimənin bir yerə qədər təsiri var deyərəm. Amma insana cərimə yazmaq üçün siz əvvəlcə ona nə etmək lazım olduğunu öyrətməlisiniz. Yalnız o nə etməli olduğunu bildikdən sonra, ona cərimə kəsə bilərsiniz. Buna görə, avtomobil təlimi işini elə qurmalısınız ki, hər kəs sürücülük vəsiqəsini almazdan öncə işi tam öyrənsin.

Bu gənclər ölməyə bilərdilər,  hə?

-Yenə deyirəm mən Sumqayıt-Bakı yolunda baş verən qəzanı araşdırmamışam. Ancaq bilirəm ki, bu gənclər ölməyə bilərdilər. Bu barədə sadəcə  sürücünü günahladırmak yetərli olmaz. Bütün sistemi incələmək lazım.Qanunlar yetərlimi, qanunlar lazımı gədəryerinə yetirilirmi, yol nəzarəti yetərlimi? Bütün bunlara cavab vermek lazım. Hətta bundan sonra ola biləcək qəzaların qarşısının alınması üçün tədbirlər görülməlidir. Sürücüyə veriləcək cəzanın ölən insanları geri qaytarmayacağı bəllidir.



"TANAP kimi layihələrdə çalışan şirkətlərə  də xidmət göstəririk"

-Maarifləndirmə daha çox harda, necə aparlmalıdır?

İnsanları maarifləndirmə işi müxtəlif formalarda həyata keçirilməlidir. Azərbaycan və Türkiyə kimi ölkələrdə sadəcə qanundan hər şeyi gözləmək bəs etmir. Hər tərəfdən kömək etmək lazımdır. Məsələn, ictimai nüfuzu olan insanlar avtomobilə əyləşərkən təhlükəsizlik kəmərindən istifadə edərsə, filmlərdə də belə səhnələrə üstünlük verilərsə onda normal vətəndaş da daha rahat bunu qəbul edəcək, daha rahat kəmər taxacaq. Çünki sadə, adi insanlar onlara baxırlar, onlar kimi yaşamaq istəyirlər, onlar kimi davranmaq istəyirlər. Maarifləndirmə ilə bağlı  dövlətin də üzərinə çox iş düşür. İstər televiziya-radio verilişləri ,filmlər, istər seminarlar, yollarda bilbordlar, nəqliyyat təhlükəsizliyi ilə bağlı reklam xarakterli afişalar olsun. Yəni insanları nə qədər çox məlumatlandırarsansa, onların bilgiləri daha da çoxalacaq.  Sadəcə, tək qanun bunları bacara bilməz. Məsələn, qanun deyir ki, işıqforda dayanmaq lazımdır, qırmızı işıq yananda yolu keçmək olmaz, sürmək olmaz, amma biz insanlara o qırmızı işıqda nə üçün durmalıyıq, durmasaq nə olar, hansı fəsadlar baş verəcəyini maarifləndirmə yolu  ilə başa salmalıyıq. Misal üçün, elə bir yerə gedin ki, orada işıqfor yaxşı işləyir, tıxac yoxdur və  svetoforu söndürüb 5 dəqiqə gözləyin.Nəticəni təssəvvür etmək o qədər də çətin deyil.Görəcəksiniz ki, necə tıxac yaranacaq. Bunları insanlara başa salmaq lazımdır. Başqa bir misal, o svetoforda sən nə qədər diqqətli olsan da, başqa birinin diqqət etmədiyi bir vaxta düşə bilərsən. Sən oradan gecə saat 2-də keçə bilərsən və düşünərsən ki, onsuz da heç kim yoxdur. Eynilə sənin kimi düşünən başqa biri də belə etsə, görün, necə toqquşma olar. Nəticədə ya sən, ya o, ya da hər ikiniz ölə bilərsiniz. Ailələr başsız qalar, uşaqlar valideyinsiz, dövlətində yükü bir az artmış olar. Ona görə də insanları  müxtəlif  formalarda maarifləndirmək lazımdır.



"Ən böyük çətinlik qarşındakı insana nə etdiyini anlatmaqdır"

-Azərbaycan cəmiyyətininsanların yol təhlükəsizliyi ilə bağlı marağı, bilgi əldə etməsi hansı səviyyədədir?

Elə bizim işimizin ən böyük problemi də budur, özü də tək Azərbaycanda deyil, bütün dünyada. Ən böyük çətinlik qarşındakı insana nə etdiyini anlatmaqdır. Məsələn, bir uşağa əlifbanı öyrətmək istəsən o, öyrənmək istəyəcək, çünki hərfləri bilmir. Biz isə faktiki olaraq təcrübəli adamlara deyirik ki, siz maşın sürməyi bilmirsiniz, biz sizə bunu öyrədəcəyik. İndi təsəvvür edin ki, qarşınızda 30 ilin sürücüsü var. Onun ilk sualı o olur ki, sən mənə nə öyrədə bilərsən ki? Bizim işimiz isə insanlara onu başa salmaqdır ki, maşını sadəcə sürmək onu idarə etmək demək deyil. Sürməyi avtomobil məktəbləri də öyrədir. Ondan sonra əsas məsələ onu, məsələn lazım olan yerdə, lazım olan anda saxlaya bilməkdir. Ona görə də, o cümlədən Azərbaycandakı qəzalara baxdıqda görərsiniz ki, insanlar məsələn ekstremal hallarda necə davranmalı olduqlarını bilmirlər. Bundan yol hərəkəti qaydaları ilə də bağlı problemləri var.

Bu baxımdan Azərbaycan bir az daha spesifik ölkədir. Bəlkə də sovet vaxtından qalma bir mədəniyyətin təsiri var burada. Azərbaycanda əvvəl hər kəs “bizə belə xidmət lazım deyil” deyir. Sonra isə treninqləri görəndə, nələr anlatdığımızı eşidəndə fikirləri dəyişir. Məsələn, bir daşınma həyata keçirməlisiniz, sizə bunun üçün hansı maşın daha çox uyğundur, onu düzgünmü seçdiniz, yoxsa sadəcə qiymətinə baxıb aldınız? Bunları soruşanda anlayırlar ki, məsləhətlərimiz onlara doğrudan da lazım imiş. Və ya soruşuruq nə qədər yanacaq işlədirsiniz, deyirlər filan qədər. Maşın sürməklərinə baxanda görürük ki, əslində onlar eyni işi daha az yanacaq işlətməklə, bəlkə də 20 faizə qədər qənaət etməklə görə bilərlər.

Bir sözlə biz də HED Academy Şirkəti olaraq insanların nəqliyyat təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik.Çünki bizim işimiz insanlara xidmət etməkdir. Onlara yollarda olan təhlükələr barədə məlumat verməkdir.Əgər fəaliyyətimiz zamanı qəza edə biləcək insanları qəzalardan uzaq tuta biliriksə,  bu bizim üçün ən vacib olandır. Çalışaq, əl-ələ verək qəzalardan uzaq olaq.

Müsahibəyə görə təşəkkür edirik,
                                                                                                             Nazilə Xaqani