Yazgül Abdıyeva: Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır -Fotolent

Bölmə: Sosial › ,
Tarix: 18:58 03.04.2017

Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Azərbaycanda da  bu xəstəlikdən əziyyət çəkən uşaqlar az deyil.

İnformator.az xəbər verir ki, bunu “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri,Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva Autizm sindromu ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, XXI əsrin  ən qlobal problemlərindən biri də autizm sindromudur. Mütəxəsislər bildirirlər ki, autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir.

“Əgər real yanaşsaq Azərbaycanda xəstəliklə bağlı məlumatsızlıq   höküm sürür və cəmiyyətimizdə maarifləndirmə demək olar ki, çox zəif aparılır. Əslində  bu uşaqlarla təcrübəli psixiatr məşğul olmalıdır. Ən əsas-

autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Ata-ananın birgə əməkdaşliği lazimdir.  Müalicə evdə, çöldə, uşaq bağçasında davam etməldir.  Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Mütəxəssislərin də dediyi kimi söyləsək möcuzə gözləməməliyik, autizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir. Bəzi uşaqlarda müsbət dəyişikliklər 2-3 həftədən sonra müşahidə olunmağa başlayır, 6-8 aydan sonra uşaq artıq kontakta girir, suallara cavab verir və s. Bəzi hallarda isə hətta bir neçə illik müalicə heç bir effekt vermir. Demək daha çox ətrafdan səbr tələb olunur.  Fürsətdən istifadə edib  cəmiyyətimizi bu sindromla mübarizədə biganə olmamağa çağırıram.  Bizim də vətəndaş cəmiyyəti olaraq funksiyamız maarifləndirmə işləri aparmaq, bu ailələrə mənvi dəstək olmaqdan ibarətdir”, - Y. Abdıyeva bildirib.

Tədbirdə ziyalılar,  millət vəkilləri, QHT nümayəndədləri, media ekspertləri iştirak edib.

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü  kimi qeyd edilir.  Bu gün  2017-ci ilin dekabrında BMT-nin  qərarı ilə təsis olunub. Paytaxt Bakı 2012-ci ildə Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır”aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.  “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.