GMO tərkibli qidaların

Bölmə: Sosial › ,
Tarix: 13:39 28.04.2017

Ceyhun Səbahəddinoğlu Bakı Dövlət Universiteti IV kurs tələbəsi

Planetimiz yüz illərdir ki, müxtəlif inkişaf mərhələləri keçib. Elm və texniki tərəqqi nəticəsində dünyada müxtəlif sahələr inkişaf edib. Bu sahələrdən biri də Geni Modifikasiya olunmuş Orqanizimlərin(GMO) yaradılmasıdır. Bu məhsullar daha uzun ömürlü və məhsuldar olması ilə fərqlənir.
GMO dedikdə müasir biotexnoloji üsullarla yaradılmış hər hansı bir canlı orqanizm nəzərdə tutulur. Genetik baxımdan yaxın və çox uzaq olan müxtəlif növlər arasında geni köçürməklə(heyvanlar-bitkilər və bitkilər-bitkilər) daha dözümlü orqanizimlər əldə olunur. Bunun nəticəsində hər hansı bir məhsul uzun müddət çürümədən saxlanıla bilir.
Geni dəyişdirilmiş məhsullar normal məhsullardan fərqlidir. Onların yüksək məhsuldarlıq, il ərzində bir necə dəfə bar vermək imkanı vardır. Həmçinin ziyanvericilərə, kəskin isti və soyuq hava şəraitinə davamlıdırlar. Müxtəlif tərəvəz, meyvə, ət məhsulları, hətta bəzi çörəklər də GMO tərkibli olur.
Əsas məsələlərdən biri isə bu cür transgen orqanizimlərin insan sağlamlığına nə dərəcədə təsir etməsidir.Milli Ekoloji Praqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, GMO insan sağlamlığı üçün təhlükəlidir. Onun fəsadları indi bilinməsə də bir neçə nəsil sonra biruzə verəcək. Exspert qeyd edir ki, qidaların çoxu GMO tərkiblidir.
Azərbaycana ixracı Avropadan xüsusi ilə də Türkiyədən olan bu qidalardan qaçınmaq vacibdir. Bu kimi qidalardan az zərər çəkmək üçün bəzi tədbirlər almaq faydalıdır. Əsasən normadan ucuz ərzaqlardan qaçınmaq və xarici məhsulları az tükətmək lazımdır. Həmçinin “fast food” kimi hazır yeməklərdən də uzaq durmaqda fayda vardır