BDU-da Sara Sariyevaya həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Bölmə: Sosial › ,
Tarix: 16:09 22.05.2017

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 3-cü kurs jk031 tələbələri Mayın 20-də 118 yaşı olan H.Z.Tağıyevin qızı Sara Sarıyevanın ömür yoluna həsr olunmuş "BİR ÖMÜRDƏ İKİ TALE" ..... sənədli filmini hazırlayıblar.

Sənədli film Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin auditoriyasında təqdim edilib. Təqdimatda BDU Jurnalistika Fakültəsi nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədli, ARB TV-nin Xəbərlər Xidmətinin baş redaktoru, RTV kafedrasının dosent əvəzi müəllimi Aynur Nəsirova, jurnalist Teyyub Qurban, Mətbuat tarixi kafedrasının müəllimi dos. Qərənfil Dünyaminqızı, Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.



-"BİR ÖMÜRDƏ İKİ TALE"- sənədli filminin ideya müəllifi-Nəzrin Rüstəmova, ssenari müəllifi-Mehriban Mürsəlova, Nəzrin Rüstəmova, rejissor-Mehriban Mürsəlova, Prodüsser-Şükufə Süleymanlı, operatorlar-Sevinc Babazadə, Həşim Səhrablı,Fuad Fərəcoğlu, Tərlan Yusif, Montaj-Malik Talıblıdır.

Qeyd edək ki, sənədli film fənni Jurnalistika fakültəsində ilk dəfə olaraq təsis edilir və tədris edən ARB TV-nin Xəbərlər Xidmətinin baş redaktoru, RTV kafedrasının dosent əvəzi müəllimi Aynur Nəsirova tələbələrin böyük sevgisini qazanıb.

Tələbələr qeyd edib ki, bir müəllimin ən böyük uğuru, qazandığı tələbə sevgisidir. Aynur xanım da, məhz o müəllimlərimizdən oldu.