“Quba rayonun dağlıq və dağətəyi ərazilərdə məskunlaşan əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı” layihəsi icra olunub-Foto

Bölmə: Sosial › ,
Tarix: 16:32 23.06.2017

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən  maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi”  Proqramı çərcivəsində layihə həyata keçirilib.

İnformator.az xəbər verir ki, “ELEXİD” MMC  direktoru Yusif Abayevlə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış müqaviləyə əsasən 2017-ci ilin aprel-iyun aylarında Quba rayon ərzisində “Quba rayonun dağlıq və dağətəyi ərazilərdə məskunlaşan əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı” mövzusunda layihə həyata keçirilib. Layihənin həyata keçirilməsi üçün Quba rayonun ərazisində yerləşən 140- a yaxın kənddən müxtəlif meyarlar əsasında Cimi, Əlik, Xanagah, Xaltan, Qarxun, Möhüç, Susay, Söhüb, Yerfi, Yuxarı Tüləkəran kəndləri seçilib. Layihə ilə əlaqadar hər kənddə 10 ailə olmaqla 10 kənddən 100 ailə arasında layihənin məqsədinə uyğun olaraq sorğu təşkil olunub.



Ümumilikdə layihənin icrası zamanı kənd əhalisi arasında 100 ailəyə ilkin tibbi yardım ləvazimatları adı altında yod, zelyonka, bint, pambıq, termometr, tanometr və s. dərman peraparatları paylanıb. Həkim ekspert tərəfindən vətəndaşların ilkin sağlamlıqlarının qorunması baxımından tövsiyyə xarakterli məlumatlar verilib.



Layihənin yekun nəticələrinin 17 iyun 2017- ci il tarixində rayonun bir qrupu ictimaiyyəti ilə Quba Regional Qeyri Hökumət təşkilatların resurs və təlim mərəkəzi müzakirə edilib, layihənin nəticələrini özündə əks etdirən 30 səhifəlik proşur çap olunaraq rayon ictimaiyyətinə təqdim olunub.



296 dəfə oxunub
Bölmədən digər xəbərlər
Oftalmologiya elmi dünyanın aparıcı ölkələrinin elmləri sırasındadır
Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.
Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.
220 nömrəli məktəb-liseyin kollektivi məktəbdə süni sürətdə yaradılan konfliktə etiraz edib
“Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə ölkədə tanınan aktyor Rza Rzayevlə Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru arasında baş verən insident getdikcə dərinləşir.