“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Goranboyda tədbir keçirib

Bölmə: Sosial › ,
Tarix: 18:03 21.07.2017

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Goranboyda “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndərilməsi naminə media ilə iş” layihəsi çərçivəsində tədbir keçirib.

İnformator.az xəbər verir ki, tədbirdə çıxış edən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova layihə ilə bağlı geniş məlumat verib.

O, bildirib ki, gənclərlə yaşlı nəslin fikir ayrılığı milli mənəvi dəyərlər mövzusunda da toqquşdu. Onun sözlərinə görə, Goranboyda keçirilən müzakirələrdə bəzi gənclər milli mənəvi dəyərlərin bu gün əhəmiyyətsiz olduğunu dedilər. Bəziləri isə əksinə qloballaşma dövründə bu dəyərlərin qorunmasının vacibliyini bildirirlər.

Bəsti Nəsibova Goranboyda gənclər arasında keçirilən sorğularda da fərqli fikirlərin üstünlük çəkdiyini qeyd edib.

Tədbirdə çıxış edən ekspertin fikrincə, Avropa meyilli gənclər hətta öz toylarının avropalılar kimi keçirilməsini istəyirlər. Onlar bu məsələdə çox vaxt valideynləri ilə mübahisə edirlər. Hətta bəzən bu münaqişələrə səbəb olur. Gənclər özləri özlərinə toy edirlər və s. Sözsüz ki, gənclərin də istəklərini nəzərə almaq lazımdır. Amma bu gün Azərbaycana gələn əcnəbilərə bizim toy adətləri maraqlı gəlir. Özgənin adəti bizdə heç də təbii olmur. Medianın da bu məsələdə rolu əvəzsizlidir. Adət-ənələrimizin efirlərdən təqdimatı əsl təbliğatdır. Əslində bu gün bir çox qədim adətlərimiz geri dönüb. Məsələn, toylarda xınayaxdı edilir, özü də milli geyimlərdə.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi 29 noyabr 2013-cü ildə yaranıb.