Dəyərlərimizin məhv olmaması üçün hökmən torpaqlarımıza qayıtmalıyıq-Video

Bölmə: Sosial › ,
Tarix: 16:44 04.09.2017

“Öz yürd-yuvalarndan didərgin düşən soydaşlarımızın milli-mənəvi dəyərləri də özləri kimi köçkün həyatı yaşayır”-bu fikirlər "Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibovaya məxsusdur.  “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media ilə iş” adlı layihə çərçivəsində Şəkidə bir qrup məcburi köçkünlə keçirilən görüşdə Bəsti Nəsibova deyib ki, insanlar kompakt şəklində yaşayanda öz adət-ənənələrini, milli dəyərlərini qoruyur və nəsillərdən nəsillərə ötürürlər: “Amma təəssüflər olsun ki, köçkünlərimiz pərakəndə halında yaşadıqlarından həmin yerlərin adətlərinə uyğunlşmq məcburiyyətində qalırlar. Bizim də məqsədimiz bu dəyərlərin yaşamasına dəstək olmaqdır.” İctimai Birliyin sədri onu da vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını geri qaytaracaq. Lakin narahatlıq doğuran odur ki, yaşlı nəsil dünyasını dəyişir. Yeni nəsil isə bu dəyərlərdən uzaqlaşır.  Vətəndaş cəmiyyəti təmsilçisi bu işdə medianın rolunu xüsusi vurğulayıb. Ağdam şəhərindən məcburi köçkün olan Burzu Mirzəliyev də  vətəndən ayrı yaşamağın ağır olduğunu və daim o torpaqlara dönmək niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, indiki gənclərin çoxu  artıq bir çox dəyərli ənənələrimizi bilmirlər və o ənənələr də insanlar kimi ölüb gedir. Burzu Mirzəliyev hesab edir ki,  dəyərlərimizin məhv olmaması üçün hökmən torpaqlarımıza qayıtmalıyıq.  Laçın sakini Nazir Hüseynov da  ermənilərin məqsədyönlü şəkildə bir çox tarixi abidələri məhv etdikləini və azərbaycanlıların izlərinin tamam silinməsinə çalışdıqlarnı dilə gətirib. O həmçinin deyib ki, məsələn Laçında toy-büsat bir başqa şəkildə keçirilərdi. O toylar təkcə şənlik xarateri daşımırdı, gənclərə örnək olacaq çox məqamlar var idi.  Hər sağlıqda, təbrikdə böyüklərə hörmət, ehtiram kimi şüarlar səslənirdi.  Tədbirin sonunda səslənən təkliflərin reallaşdırılması üçün görüləcək digər işlərdən də dnışılıb.

 

   Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən  layihə Bakı ,Gəncə, Goranboy, Mingəçevir şəhərlərində də reallaşdırlıb. Xatırladaq ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB 29 noyabr 2013-cü ildə yaranıb. İB 2014-cü ildə Xaçmaz, Quba, Lənkəran, Masallı və Bakıda “Milli adət-ənənələrin qorunmasında və dirçəldilməsində ənənəvi və yeni mediadan istifadə”, 2015-ci ildə Qəbələ, Xaçmaz, Tovuz, Mingəçevir və Bakıda “Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği”, 2016-cı ildə Mingəçevir, Xaçmaz, Şəki, Qəbələ və Bakıda “Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri” mövzusunda  layihələr həyata keçirib.



75 dəfə oxunub
Bölmədən digər xəbərlər
Qubada “İslam həmrəyliyi və tolerantlıq” layihəsi çərçivəsində çəkilişlər aparılıb-Foto
2016-cı ilin Multikulturazlizm, 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması Azərbaycanın bütün dünyaya tolerantlıq nümunəsi olmasının bariz göstəricisidir.
Gənclər arasında vətənpərvərlik hisslərinin təbliğini gücləndirilməsinə dəstək məqsədi ilə seminar keçirilib
Ağayeva Sənəm, Bayramova Mina, Nəcəfova Röya və digərləri Tarix torpaqlarımız haqqında öz fikirlərin tədbir iştirakçılarına çatdırdı.
“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi seminar keçirib
Layihə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən ibarətdir.