Gənclər arasında vətənpərvərlik hisslərinin təbliğini gücləndirilməsinə dəstək məqsədi ilə seminar keçirilib

Bölmə: Sosial › ,
Tarix: 17:41 26.10.2017

25 oktyabr 2017-ci il tarixində Quba rayon Alekseyevka kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyin “Məcburi köçkün düşmüş tələbələrin dili ilə şimal regionunda yaşayan yeniyetmə və gənclər arasında Qarabağ həqiqətlərinin təbliğinə həsr edilmiş tədbirlərin təşkili” layihəsi çərcivəsində seminar görüş keçirib.

İnformator.az xəbər verir ki, tədbiri layihə rəhbəri Abayev Yusif açaraq layihə barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Çıxış edərək o bildirib ki, Qarabağ və işğal olunmuş ərazilərimiz xalqımızn ən ağrılı və acılı yerimizdir.  Torpaqlarımız işğal altında qaldıqca nə şəhidlərimizin ruhu şad olacaq, nə də bizlər bir xalq olaraq mənəvi rahatlıq tapa biləcəyik. Torpaqlarımızın hər bir qarışını göz bəbəyi kimi qorunması və gələcək nəsillərə çatdırmağımız bir vətəndaş olaraq, xalq olaraq mənəvi borcumuzdur. Gələcəyimiz olan gənclərimizin sağlam, elimli və savadlı böyüməsinə, tarixi torpaqlarımız, milli mənəvi sərvətimiz torpaq uğrunda canlarından keçən şəhidlərimiz və milli qəhrəmanlarımız haqqında ətralı, dəqiq məlumat sahib olmaları üçün həyata keçirilən layihənin böyük əhəmiyyəti vardır.

Bu baxımdan da layihəmiz ümumitəhsil məktəblərində təhsil alan şagirdləri Azərbaycan Respublikasının işğal olunmuş əraziləri haqqında məlumatlandırmaq, marifləndirmək və eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərinin təbliğindən ibarətdir. Y. Abayev çıxışında layihənin əsas məqsəd və vəzifələrinin yetişməkdə olan yeni nəsil gənclərimizi Azərbaycan xalqının  tarixi ilə tanış etmək, ermənilər tərəfindən xainçəsinə işğal olunmuş ərazilərimiz və Qarabağ haqqında ətraflı məlumat verməklə işğal olunmuş ərazilərdən məcburi köşkün düşmüş vətəndaşılarımızın vəziyyəti, müharibə dövründə itkin düşmüş soydaşalımız, milli qəhrəmalarımızın şücaət və qəhrəmanlıqları, şəhidlərimizin cəsarəti haqqında məlumatlandırmaq olduğunu bildirib. Bütövlükdə bu informasiyaları hal-hazırda məcburi köçkün olan, valideyinləri bu açı taleyi yaşamış və özləridə müəyyən mənada bu açı həqiqəti yaşayan məcburi köşkün olan tələbələrimiz tərəfindən verilməsi xüsusi təsir yaradacağı layihədə nəzərə alınmışdır. Kiminsə valideyini, kiminsə yaxın qohumu və  doğmaları Qarabağ müharibəsi dövründə şəhid və ya qəhrəman olub, özləri doğma torpaqlarında didərgin düşüblər və hal hazırda da bu mənəvi gərginliyi yaşayan bacı və qardaşlarımız tərəfindən bu acı tariximizi gənclərimizə çatdırması onlarda vətənə və xalqa olan sevgini artıracaq. Düşmənə daha çox nifrət edərək daim qələbə ruhunda böyüyəcəklər. Qısa vaxt ərzində İşğal olunmuş torpaqlarımızı azad etmək istəyini və arzusunu reallaşdırmaq inamı aşılanacağı layihənin qarşıya qoyduğu vəzifəlrdən olduğu iştirakçılara çatdırılıb.

Tədbirdə tarix fənni tədris edən İmran müəllim işğal olunmuş ərazilərdə Ermənilərin Azərbaycanlılar qarşı törətdikləri vəhşiliklərdən söz açaraq əlavə məlumat verdi. Həmçinin direktor müavini Solmaz müəllimə də Qarabağ həqiqətlərinin  yenyetmələr və gənclər arasında təbliğində bu kimi tədbirlərin əhəmiyyətindən və rolundan danışdı. Marifləndirmə tədbirlərin davamllığını arzuladı.

Əlavə olara məktəbin şagirdləri, Ağayeva Sənəm, Bayramova Mina, Nəcəfova Röya və digərləri Tarix torpaqlarımız haqqında öz fikirlərin tədbir iştirakçılarına çatdırdı.     

Tədbirdə işğal altında olan rayonlardan olan  Azərbaycan Dövlət Pedagoji Unveristetinin Quba filialında təhsil alan tələbələrdən Əmirov Qeyrət,  Eyvazova Aysən,  Rüstəmli Şəmsiyyə , Abasova Firuzə və ekspert  Q. Xeyrullayev mövzu ətrafında çıxış edərək ermənilərin törətdikləri vəhşiliklər barəsində iştirakçılara məlumatlar vermişdirlər. Seminarın gedişində iştirakçılar müzakirələrə qatılaraq mövzu ətrafında fikir mübadiləsi aparıb.