“İslam həmrəyliyi və tolerantlıq” layihəsi çərçivəsində Bakıda sorğu keçirilib-Foto

Bölmə: Sosial › ,
Tarix: 14:53 13.12.2017

Əsrlərdir Azərbycanda insanlar İslam dininə iman gətirib, heç bir təzyiq, sıxıntı olmadan hərkəs bu dini könüllü şəkildə yaşayır.

İnformator.az xəbər verir ki, bu fikirlər Nigar Dünyamalıyevanın rəhbəri olduğu “İslam həmrəyliyi və tolerantlıq” layihəsi çərçivəsində alınan müsahibələr zamanı səsləndirilib. Azərbaycan Respublikasının Pezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən layihə çərçivəsində ilahiyyatçı Oktay Quliyevdən müsahibə alınıb. Oktay Quliyev bildirib ki, Azərbaycanda etiqad azadlığı var və müsəlman olmayan heç bir insna da təzyiq göstərilmir. “Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam həmrəyliyi ili” elan edilib. Bu gün İslam adından radikal qüvvələr istifadə etdiyini nəzərə aldıqda bu addımın əhəmiyyəti bir daha nəzərər çarpır. Azərbaycanda ənənəvi İslam qardaşlıq sülh şəklində davam edir, ölkəmizdə dinlərarası dialoq, məzhəblər arası vəhdət mövcuddur. Bütün İslam ölkələrinin həmrəyliyə ehjtiyacı var. İslam ölkələri daxilində münaqişlələri görürük. Bu radikalıqdan irəli gəlir. Bu da insanların İslamı doğru şəkildə anlamadıqlarına, terrorçulara qoşulduqlarına görə olur. Bu səbəbdən də ölkələr arasında İslam həmrəyliyi inkişaf etdirilməlidir”, deyə O.Quliyev vurğulayıb.

Quran qarisi, ilahiyyatçı İlkin Həsənov isə vurğulayıb ki, Azərbaycan tolerantlıq baxımından dünyanın ən gözəl ölkəsidir. “Azərbaycanda bütün din nümayəndələrinin ibadət ocaqları var. Bir küçədə məscid, o birində kilsə fəaliyyət göstərir. Bu insanların səmimiyyətini, dindarlığını, dinə olan münasibətini bildirir. İslam dini, mərhəmət, mehribançılıq dinidir. Bunun bariz nümunəsini Azərbaycanda açıq şəkildə görmək olur”, - ilahiyyatçı əlavə edib.

Eyni zamanda layihə ilə əlaqədar paytaxta gələn turistlər arasında sorğu keçirilib. Azərbaycanda İslam həmrəyliyinin elan edilməsi ilə dünyada müsəlman aləmində baş verən prosesləri necə müqayisə edərdiniz, dünyada müsəlmanlara göstərilən münasibət necədir sualına cavabında Türkiyə vətəndaşı İsmayıl Korkmaz qeyd edib ki, müsəlmanların birləşməsi və bir arada olması tarixi prosesdir: “Müsəlman dünyasının, türklərin və ərəb dünyasının birlikdə olmasına ehtiyac var. Heydər Əliyevin iki ölkə arasında başlatdığı birlik və bərabərlik işləri bu gün də davam edir. İnşallah gələcəkdə də davam edir. Bu gün müsəlman dünyasını maraqlandıran Qüds məsələsi var. Bu sahədə də həmrəyliyə ehtiyac var.”

Azərbaycanda başqa dövlətin və dinin nümayəndələrinə münasibəti necə qiymətləndirirsiz sualına cavabında isə Hindistan vətəndaşı Parm Ci Sink deyib ki, Azərbaycan xalqı çox yaxşıdır, mehriban və yardımsevərdir: “Azərbaycanlılar başqa insanlara yardım etməyi sevir. Burada bəzi insanlar ingilis dilini yaxşı bilmir, amma bununla belə yardımlarını əsirgəmir. Mən iki dəfə yaşadığım ünvanı unutmuşam və azərbaycanlı oğlanlar məni yaşadığım yerə aparıb.”

Daha sonra İran və Ukrayna vətəndaşlarından da müsahibələr alınıb. Onlar Azərbaycanda tolerant mühiti, digər dinlərin və xalqların nümayəndələrinə münasibəti yüksək qiymətləndirib.