"Gorumuza sarı gedək!” deyən şairin eyni adlı kitabının təqdimatı keçirilib

Bölmə: Sosial › ,
Tarix: 14:32 19.12.2017

Azərbaycanın tanınmış həkimlərindən olan Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək!” adl kitabın təqdimatı olub. 

İnformator.az xəbər verir ki, vətənpərvərlik və sevgi mövzusunda olan kitabda məllifin düşmən tapdağında olan yurduna - Kəlbəcərə həsr olunan şeirləri də yer alıb. 

Zərraf Təhməzoğlu kitabla bağlı bunları qeyd edib: “55 illik yubileyim münasibətilə özümə və oxucularıma hədiyyə olaraq yeni şeirlər toplusu - "Gorumuza sarı gedək!" kitabım işıq üzü gördü. Əksər oxucular kitabın nə üçün belə adlandırılmasını məndən soruşurlar. Bunun iki mənası var. İlk öncə fəlsəfi mənada hər bir insan bələkdən qəbrə qədər bir həyat yolu keçir və mövcud olduğu zamanda insan goruna doğru bir yol qət edir. Digər və əsl mənasında isə, son Qarabağ münaqişəsi ilə bağlı mən və mənim kimi bir milyon azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşlar və kitabdakı şeirlərimlə onları öz dədə-baba yurdlarımıza çağırıram”. 

Tibb üzrə fəlsəfə doktoru, “Sağlamlığın Qorunması” İB-nin sədri Yazgül Abdıyva bildirib ki, tibb elmləri doktoru Zərraf Təhməzoğlu minlərlə insanın şəfa tapmasında öz dəstəyini əsirgəməyib. Bu gün hamı onun ikinici bir keyfiyyəti ilə tanış olur. O, həm də söz adamıdır. Sevgi ruhlu, vətənsevdalıdır. 

Yazgül Abdıyevanın sözlərinə görə “Gorumuza sarı gedək!” şeirlər kitabını vərəqlədikcə həm insanın ruhu təzələnir, həm də vətən nisgilli şeirlər insanı daha kədərləndirir. Sözsüz ki, bu da səbəbsiz deyil. Zərraf həkimin doğulduğu Kəlbəcər bu gün işğal altındadır. Sözsüz ki, belə bir hadisə insan həyatına, yaşamına təsir etməyə bilməz. O ki qala yaradıcılağa təsirsiz ola. Müəllifin düşmən tapdağında olan yurduna-Kəlbəcərə həsr olunan şeirləri də kitabda geniş yer alıb. Kitaba verilən ad da çox diqqət çəkəndir. Gorumuza gedək ifadəsi ilə Zöhrab Təhməzoğlu hamını o torpaqları azad etməyə çağırır, sanki.  Millət vəkili Qənirə Paşayva və digər çıxış edənlər də Zərraf Təhməzoğlu yaradıcılığından söz açıblar. Müəllifin bundan əvvəl isə “Vətəndə qəriblik” adlı kitabı nəşr olunub.  

Qeyd edək ki, Zərraf Təhməz oğlu Şirinov 5 sentyabr 1962-ci ildə Kəlbəcər rayonunda anadan olub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna II müalicə-profilaktika fakültəsini bitirib. Akademik M.A. Topcubashov adina Elmi Cerrahiyye Mərkəzində Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahiyə şöbəsinin müdiri, Tibb elmləri doktorudur. Bir çox ölkələrdə- Türkiyə, Ukayna və Almaniyada ixtsaslaşma kurslarında olub.