İnsanlar bəzən düşünür ki, sevgi varsa, hər şey tamamdır-Ailə terapistindən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 17:10 17.01.2018

Ailədaxili münaqişələr, boşanmalar, aqressivliyin yaranması səbəbləri, bir-birini anlamamaq, ailə bağlılığı və bu kimi digər məsələlərə psixoloq-psixoterapevt  Xanım Niftəliyeva  Xəzər FM radiosunun “Alo 103” proqramında cavab verib. Həmin müsahibənin çap variantını təqdim edirik. 

Ailədə münasibətlər hansı formada qurulmalıdır?

- Bəzən düşünürlər ki, sevgi varsa, demək hər şey tamamdır. Biz evlənə, ailə qura bilərik. Ən çox problemlər də toydan sonra başlayır. Çünki sevgili olduqları, nişanlı olduqları müddətdə özlərini yaxşı tanıtdırmırlar. Tanınmış mütəxəssislər təhsil aldığımız müddətdə bizə aşılayırdı ki, çalışın 3-6 aydan artıq tanışlıq, 6-9 aydan artıq nişanlılıq müddəti olmasın. Çünki 3-5 il nişanlı qalanlar  bəzən bütün duyğularını, hisslərini yaşayırlar. Evlilikdən sonra yaşayacaqları bir hiss qalmır. Ondan sonra övlad dünyaya gəlir. Normal bir şəraitim olsun uşağıma baxım,-kimi fikirlər yaranır. Tanışlıq və nişanlılıq müddəti uzun olmamlıdır. Çünki insanlar sevgi hisslərini duyğularını ancaq evlilik həyatında yaşamalıdırlar. Qadın böyük bir həyacanla axşam evdən gələn yoldaşını gözləməlidir, yaxud kişi işdən çıxanda evə can atmalıdır. 

Yaxşı o zaman eyni yerdə işləyən insanlar üçün necə olsun? Yaponiyada araşdırmalar göstərir ki, ailə münasibətləri ən güclüdür. Burada ər və həyat yoldaşı harada işləməklərindən asılı olmayaraq məzuniyyət zamanı ayrı-ayrı yerlərdə istirahət edir. 

-Mən ailə terapisti olduğum üçün mənə daha çox cütlüklər müraciət edir. Onar da sağ olsunlar bu məsləhətlərimi dinləyirlər. Məsələn, qadın öz anası evinə gedib 10-15, hətta bir ay ayrı qalır. Bu bitmiş duyğuların yenidən bərpasına, darıxma hissinin yaranmasına yardım edir. İl ərzində onların bir ay ayrı qalması vacib şərtdir. Bu müddətdə bir-birinə qarşı buraxdıqları səhvləri də anlamalıdırlar. 


Ata evdən çıxanda zəng edirdi ki, üç oğlan övladı qapının ağzında tək ayaq üstündə qalsın.


Ayrı qaldıqları müddətdə aqressiya da arta bilər? Ayrı qaldıqca daha da soyuqluq ola bilərmi? 


- Soyuma o zaman baş verir ki, orada xəyanət olur. Ən çox müşahidə etdiyim və qarşılaşdığım hal odur ki, qadın şikayət edir ki, “yoldaşım məni anlamır”. Bəyin şikayəti isə “biz anlaşa bilmirik”dir. Qadın nə istəyir? Anlaşılmaq istəyir. Yoldaşının onu dinləməsini, ona diqqətlə qulaq asmasını istəyir.  Kişi işdən evə gəlirsə, keçir televizorun qarşına, pult qarşısında, çay qarşısında, yaxud açır hansısa verilişə, futbola baxır. Qadının gün ərzində danışacağı, dərdləşəcəyi bir insana ehtiyacı var. Təbii ki rəfiqəsi var, anası var, bacısı, qonşusu var. Amma hər şeyi çevrə ilə, qonşu ilə, ana ilə paylaşmaq olmur. Bəzən elə şeylər var ki, insan onu ancaq sevdiyi ilə paylaşa bilər.

Qadınla həyat yoldaşı dost olmalıdır? 

- Beş təməl ailə bağı var. Bunlardan da biri dostluq bağıdır. Necə ki dostumuzu müdafiə edirik, dostumuzu qoruyuruq, necə ki, evdə ata-anamız, dostumuz haqqında mənfi fikir yürüdərkən biz onu müdafiə edirik. Ailəmizdə də dostluq bağı olmalıdır. Kişinin həyatında baş verən hadisələrdən xanımının xəbəri olsa yaxşıdır. Çünki onun həyat yoldaşıdır. Həyatını paylaşdığı könül yoldaşıdır. Əgər kişi hər hansı etdiyi hərəkəti etiraf etdikdə problem yaranırsa, bu zaman güvənsizlik də yaranır. Kişi etiraf etsə və ikinci dəfə o yalnışı etməyəcəyinə dair söz versə, bu daha məntiqli olar. Qadınlar ola bilər ki, hansısa hərəkətdə kişiləri bağışlayır kimi görünür, amma əslində bağışlamırlar.

Bəzən elə şeylər var ki, insan onu ancaq sevdiyi ilə paylaşa bilər.


Kişinin etdiyi hər bir şeyi qadına deməyi düzgündürmü?

- Hər kəsin kimdənsə gizlətdiyi sirrləri var. Kişilərin üzərinə yüklənirik, amma qadınların da kişilərdən gizlətdikləri sirləri var. Hər kəsin biri sirri var. Bəlkə də özü ilə axirətə aparacaq. Heç kimə deyə bilmərik ki, sirrini desin. İndi gün ərzində 4-5 boşanma hadisəsi ilə qarşılaşırıqsa, bu sirrlərin açılmasından sonra boşanmalar 10-15-ə qalxa bilər. Çalışmalıyıq ki, elə hərəkət edək ki, onu gizlətmək məcburiyyətində qalmayaq. 

Qeyd etdiyim kimi 5 təməl ailə bağı var. O bağı qoruyub saxlamağı bacarsaq əmin olun ki, ailədə hörmət həmişə qorunub saxlanacaq. İstər psixoloji, istərsə də sosioloji olaraq bu bağlar mövcuddur və bunlar araşdırma nəticəsində ortaya çıxıb. Bunun birincisi dostluq bağıdır. Ər arvad bir-biri ilə dost olmalıdır. Həyat yoldaşı demək əslində həyat dostu deməkdir. Ömrünün qalan hissəsini bir insanla yaşayırsan. Eyni evi, havanı, paylaşırsan. Zövqlər də başlayır bir-birinə oxşamağa. İnsan dostu ilə nə edir? Xoş zaman keçirir, səmimi olur, gələcəkləri ilə bağlı plan qurur, bir-biri ilə müzakirələr aparırlar. Ən önəmli nüans odur ki, dost-dosta heç vaxt xəyanət etmir. Ona görə deyirik ki, həyat yoldaşı yox, bir birimizə həyat dostu olaq. Yaxud da onun arxasınca pis heç nə danışmayaq. 

Dəfələrlə şahidi olmuşuq ki, xanım öz həyat yoldaşı haqqında anasına rəfiqəsinə danışır. Çox az hallarda kişi yaxın dostu ilə ailəvi məsələni bölüşür. Bu məsələdə birinci xəyanətkar tərəf xanımlar olur. 

İkinci bağ xidmət etməkdir. Bir-birinin qayğısını çəkir, əzizləyir, ehtiyacı olduqda onu dəstəkləyir. Burada maddi yox, mənəvi ehtiyacdan söhbət gedir. Mənəvi ehtiyacı qarşılamaq ən ülvi bir hissdir. Əgər bir insan sənin mənəvi ehtiyacını ödəyirsə, deməli bu insan savab qazanır. Həyat yoldaşına xidmət edirsənsə, burdan həzz duymalısan, məcburiyyət qarşısında qalmamalısan. Məcburiyyət qarşısında etasən bu zədələnməyə səbəb ola bilər. Üçüncü bağımız sosial bağdır. Burada ailə quran şəxslər tək deyil. Oğlan və qız tərəfinin öz ailəsi var. Ailələrdə problem yaranır. Fərqli ailədən gəlirlər. Hər ailənin öz adəti, yemək mədəniyyəti var. Elə etmək lazımdır ki insanlar arasında qarşıdurma yaranmasın. Xanım öz ailəsinə oğlanın ailəsini sevdirmyi bacarmalıdır, oğlan da öz ailəsinə qızın ailəsini sevdirməyi, qəbul etditməyi bacarmalıdır.  Bağlarda axsama varsa, biz müayinə ilə onu bərpa edirik.

Kişinin həyatında baş verən hadisələrdən xanımının xəbəri olsa yaxşıdır. Çünki o qadın həyatını paylaşdığı könül yoldaşıdır


Bəs, bu əskinə olsa necə olmalıdır?

- Belə bir pasientim var idi. Cütlüklər arasında hər şey normal idi. Aliə kimi deyərdim ki, əla ailə idi. Bir qız övladları var idi. Onlara məsləhətim o oldu ki, valideynlər başımızın tacıdır, amma onar da bizi başa düşməlidir. Biz onların övladlarıyıq. Onlar bizim xoşbəxtləyimizi gələcəyimizi istəyirsə, qəbullanmalıdırlar. Bu insanlara ayrılıq məsləhət görülmür. Hər şey normaldırsa, yaxşısdırsa, zaman gələcək valideynlər də öz qılınclarını da endirəcək. Biz həmin vaxt sistematik şəkildə terapi aparırıq. Boşanmaq çarə deyil. Anlaşaraq, bir birini diqqətlə dinləyərək. Bəzən insanlar biri birini dinləmir. Cavab vermək üçün dinləyir, sadəcə. Dördüncü bağımız məhrəm bağlıdır. Bunu nə qədər qapalı gizli saxlasalar ailə üçün doğru olan bir şeydir. Xanımlar rəfiqələrinə danışır, bəzən bu da ailədə problem yaradır. Bu baxımdan boşananlar da çoxdur. Beşinci bağımız fədakarlıqdır. Yoldaşımız üçün nə edə bilərik, ondan ötrü nə imtina edə bilərik? Sevən sevdiyi üçün ömrünün sonuna kimi fədakarlıq etməlidir. Təmannasız sevirsizsə, fədəkalıq sona kimi olmalıdır. Bəzi insanlar fədəkarlığı özlərinə yatırım kimi istifadə edirlər. Bir müddət sonra qarşısındakı insan onun etdiyi hansısa yaxşı əmələ qarşı soyuqluq etsə, o zaman yatırımı üzə çıxarıb bildirir ki, mən sənin üçün bunu etmişəm. 


Gənc ailələrdə yaranan problemlər var. Boşanmalara meyillilik artıb.


Ailələrin tez dağılmasına səbəb nədir? Sonsuzluq ailələrin dağılmasına səbəb olurmu?

- İndi tibb o qədər inkişaf edib ki, artıq sonsuzluq çox azlıb. Tanıdığımız müşahidə etdiyimiz ailələr var ki, 20-28 ildir ki, onlar evlidir. Uşaqları yoxdur, amma ailələrini dağıtmırlar. Mən deməzdim ki, boşanmalarda sonsuzluq faktoru rol oynayır. Çox sosiallaşmağın özü belə bəzən az sosiallaşmaqdır. Bəzən sosial şəbəkələr, texnologiyalar, ailəmizə, həyatımıza daha çox yol açır. Sosial şəbəkələrdə olan xəyanətlər ailənin dağılmağına daha çox səbəb olur. Məsləhət görərdim ki, xanımlar heç vaxt yoldaşlarının telefonuna baxmasın. Telefon özəldir. Rahat yaşamaq, ailənizdə problem olmasını istəmiriksə, ailə bağlarını zədələmək istəmirsinizsə, yoldaşınızın telefonuna baxmayın.

Sirrlərin açılmasından sonra boşanmalar 10-15-ə qalxa bilər.



8-9 yaşlı uşaqlar indiki dövrdə bir az əsəbi olur. Bunun yaranma səbəbləri nədir?

- Uşaqların yaş dövrləri var, hansı ki, bu yeniyetməliyə ilkin başlanğıc dövrləridir. Bu 7,8,9 yaşdan başlayır. Bu bioloji olaraq bədənin yetişməsindən asılıdır. Bu yaş dövrlərində əsəbilik normal bir proses kimi qəbul edilsə də, bir müddət uşaqları müşahidə etmək lazımdır. Bu davam etsə, psixoloqa müraciət etmək lazımdır. Əgər uzun müddət davam etmirsə, narahatverici məsələ yoxdur. 

Ailədəki şiddətin uşaqlara təsiri necə olur?

- Bu cür uşaqlarla bizə müraciət edirlər. Bir neçə seansdan sonra aşkar edirik ki, travmanı ailə tərəfindən, ailədə gördüyü şiddətdən alıb.  Boşanmaların verdiyi travma iləı böyüyən uşaqlar bir tərəfdən axsaq olur, özünü tamamlaya bilmir. Yaxşı musiqiçi, incəsənət xadimi, elm adamı ola bilər,hər hansı sahədə yaxşı iz buraxa bilər, amma yenə də axsaqlıq ola bilər. Ən çox ailədə şiddət görən uşaqlar kimisə qətlə yetirir. Uşaqlıqdan o qədər şiddətlə böyüyüb ki, şiddət onun daxilində aqressiya yaradıb. 

Xanım öz ailəsinə oğlanın ailəsini sevdirməyi bacarmalıdır, oğlan da öz ailəsinə qızın ailəsini sevdirməyi, qəbul etditməyi bacarmalıdır.  


Deyə bilərikmi, aqressiyanın şiddətin olduğu ailədə böyüyür, amma bunun tam əksi olan ailə qurur, ailə həyatı yaşayır. Böyüdüyü ailə ilə öz ailəsi araslnda kəskin fərq olur?


- Mən bunu tam təsdiqləməyəcəm, amma ola bilər. Mənim belə bir pasientim olmuşdu. Ata evdən çıxanda zəng edirdi ki, üç oğlan övladı qapının ağzında tək ayaq üstündə qalsın. Məni elə qarşılasın. Atanın psixoloji problemi var idi. Biz sistematik terapiyaya başladıq. Ailələri də daxil etdik. Aşkar etdik ki, atanın özü öz atasından şiddət görüb. Elə olub ki, ağaca bağlı üç gün ac-susuz qalıb. Atası onu ağaca bağlayıb gözünün qarşısında anasını, bacılarını döyüb. Bu şiddət onun şüuraltına yatıb. Əgər ailədə şiddət görən insan sonra bunu öz həyatlarında tətbiq etmirsə, deməli, o insanlar artıq öz üzərində işləyib, öz güvənlərini bərpa edirlər. 

Şiddət insanın mənlik duyğusunu onların öz güvənini aşağı salır. Ancaq düşünürlər ki, özlərini cəmiyyətdə tapa biləməyəcəklər. Məcbur olurlar ki,  özlərini cəmiyyətdə təsdiq etsinlər. Özgüvənləri də aşağı olduğu üçün cəmiyyətə özlərini fərqli tərəfdən təqdim edirlər. 


Bəzən insanlar biri birini dinləmir. Cavab vermək üçün dinləyir, sadəcə.

Dinləyicilərimizə tövsiyyəniz nədir?


- Dinləyicilərimizə demək istəyirəm ki, psixologioyada təsdiqini tapmış bir anlayış var ki, insan bütün problemlərini həll edə biləcək gücə malikdir. İnsan özü-öz psixologiyasını qoruyub saxlamalıdır.