“Sinema Güzeli Yarışması”nın Azərbaycan seçiminin qalibləri açıqlanıb-Foto

Bölmə: Sosial › ,
Tarix: 15:01 23.01.2018

“Sinemanın  Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” layihəsində paytaxt Bakı və bir çox regionlardan 14 qız və 30 oğlan iştirak edib. 

İnformator.az xəbər verir ki, "Baku Pullman Otel"də 3 saat davam edən yarışmada gənclərin səhnə mədəniyəti, intellektual səviyyələri və aktyorluq bacarıqları yoxlanılıb. Nəhayət sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Qalib 24 yaşlı Səhər Əkbər Lider Televiziyasına 5 ildir aparıcılıq edir, modeldir. Digər qalib 24 yaşlı Pərviz Musayev Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsidir. Digər ikinci yeri tutan bir qız və oğlan isə müsabiqədə iştirak üçün seçilən Səhər Əkbər və Pərviz Musayev müsabiqədən imtina edəcəyi və yaxud hər hansı səbəbə görə getməyəcəyi təqdirdə onların yerinə göndəriləcək. Yarışmada bir istisna hal da olub. Belə ki, bir nəfər xanım-Pərvin Həsənzadə Kiprdə keçiriləcək  "Miss Fashion" gözəllik yarışmasında iştirak etmək üçün seçilib.  “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, finala vəsiqə qazanan  Səhər Əkbər və Pərviz Musayev  birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar.

İlk olaraq Türkiyə,  bəzi Avropa ölkələri və Azərbaycandan seçilən 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Sonda bu ilin mart ayının 27-də keçiriləcək final gecəsində 28 finalçının içərisindən 1 qız və 1 oğlan sinemanın kral və kraliçası seçiləcəklər.

Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. Bakı yarışmasında 13 nəfərdən  ibarət olan münsiflər heyətinə Türkiyənin məşhur sənətçilərindən Tamer Karadağlı, Ceren Kaplakarslan, Vilma Elles və digərləri daxil idi, Azərbaycan tərəfdən isə aktrisa Məlahət Abbasova, modelyer Gülnarə Xəlilova və yarışmanın Azərbaycan təmsilçisi Vüsalə Səid Eyyubqızı.

“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs”  jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın  bir çox  istedadlı gəncləri  məhşur aktyor və aktrisalar  kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu.