YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Bölmə: Siyasət › ,
Tarix: 11:18 08.02.2018

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

 

İnformator.az-ın məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.

 

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.