Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib

Bölmə: Sosial › ,
Tarix: 15:44 08.02.2018

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.

 

MN-dən İnformator.az-a verilən məlumata görə, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.