“ETNOQLOBUS” BEYNƏLXALQ ONLAYN ARAŞDIRMA MƏRKƏZİ VƏ AZƏRBAYCAN BƏHAİ İCMASI BİRGƏ “BİR ÜMUMİ VƏTƏN” LAYİHƏSİNƏ BAŞLAYIB

Tarix: 13:53 03.07.2018
“Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzi və Azərbaycan Bəhai icmasının birgə təşkilatşılığı ilə “Bir Ümumi Vətən : Azərbaycandamultikultural mədəniyyətin və tolerantlığın xalq kütlələrinə çatdırılması ” adlı layihəsi çərçivəsində ilk dəyirmi masa müzakirələri keçirilib.
Tədbiri Azərbaycan Bəhai icmasının Məhvil üzvü Azər Cəfərov açıb. A.Cəfərov Azərbaycanda etnik və dini dözümlülüyün vətəndaşların öz mədəni və dini dəyərlərini qoruyub saxlamasına imkan verdiyini bildirib: “Azərbaycan cəmiyyəti tarixən tolerantdir. Amma müasir çağırışlar təhlükəli tendensıyalar yaradır.
Buna müqavimətin güclü olmaması üçün cəmiyyət bölünüb parçalanmamalı, birləşdirici amillər ətrafinda birləşməliyik. Layihəmizin də məqsədi insanları bir arada mehribanlıq və sülh şəraitində yaşaması üçün mövcud atmosferi daha da aydınlatmaq və güşləndirməkdir.
Xarici qüvvələr Azərbaycanda zəif nöqtələr axtarır, etnik, dini zəmində parçalanma, toqquşma yaratmaq üçün müxtəlif taktikalardan istifadə edir. Özlərində dini və etnik zəmində ciddi pozuntular olan qonşu ölkələr şlkəmizdə yaşayan etnik və dini qruplarından alət kimi istifadə edərək onları Azərbaycana qarşı çevirməyə çalışır. Biz bu kimi riyakar oyunlarda olmamalı dövlətimizim güclənməsi üçün vətəndaş kimi öz vəzifəsimi icra etməliyik.”
“Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru Gülnara İnanc dözümlülük və tolerantlıq ifadələrinin məna fərqlərinə aydınlıq gətirərək, dözümlülüyün məhdud zamana sığdığını və bir gün tükənmə və partlayışa çevrilmə təhlükəsi daşıyır: “Tolerantlıq isə çoxçalarlıdır. Özündə şəfqət, başqalarının haqqının tanınması, başqasını olduğu kimi qəbul etmək, bağışlama, əməkdaşlıq, insan ləyaqətinə hörmət kimi dəyərləri birləşdirir. Bu dəyərlərin daha da inkişaf etdirilməsinə şüurumuzun ekologiyasını qorumalı və nəzarətdə saxlamalıyıq.
Azərbaycanda etnik və dini zəmində insan haqlarının pozulmaı yoxdur, insanlar öz etnik kimliyini və dinini qoruyub saxlaya bilər. Lakin bunlar siyasi məqsədlər üçün istifadə edilirsə, xüsusilə də xaricdən idarə olunursa, heç bir dövlət buna imkan verməz. Bu mənada etnik və dini məsələrdən spekulyasiya hallarına rast gəlinir.”
Norveç Zərdüşti Əncüməninin üzvü, Azərbaycanda yeni yaradılan “Tatlar arasında savadın və texniki biliklərin yayılması” cəmiyyətinin sədri Aydın Talıbov Avropada yaşayan müsəlmanlar tərəfindən onun dini baxışlarını aşağılamaq cəhdləri var. “Azərbaycanda da tatların facebook qruplarında zərdüştilik haqda yazanda etirazlar eşidirəm. Digər tərəfdənsə, zərdüştilər və atəşpərəstlər Suraxanıda yerləşən Atəşgahda ibadət edirlər. Zərdüşti kahinlərinin hazırlanması üçün onlar xüsusi imtahanlar keçməlidirlər, bundan sonra Azərbaycanda da zərdüşti icmasının yaradılması haqda düşünmək olar”,-deyib Talıbov.
“Vineyard-Azərbaycan” kilsəsinin üzvü, “Dodo” talış dilində qəzetin redaktoru İradə Məlikova onun öz xalqının mədəniyyətini yaymaq üçün geniş fəaliyyəti Azərbaycanda etnik zəmində ayrı-seşkilik və qadağalar olmadığına sübutdur.
“Talış, eyni zamanda protestant xristianam. Xristian dini , talış dili və ədəbiyyatı haqda kitablar dərc etmişəm və heş bir maneə ilə rastlaşmamışam. Mən Allahımı axtarıb xristianlıqda və İsa Məsihdə tapdım. Allah məni hara çağırırsa, ora xidmətə gedirəm”,-deyib Məlikova.
Azərbaycan Milli Elmlər Akademiyası Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi Elnur Vəliyev bildirib ki, Azərbaycan cəmiyyətinin etnik və milli mədəniyyətlə bağlı maarifləndirilməsinə ehtiyac var: “Azərbaycan tarixi Islamdan başlamır.
Biz tenqriçilik, zərdüştilik, iudaizm, xristianlığı keçib islama gəlmişik. Zərdüştilik dövründə tolerantlıq olub. Odur ki, tilerantlıq bizim genimizədir. Ən Klasssik İslam Azərbaycandadır. Təəsüf ki, şəriətlə İslam səhv salınır.”
Media və mülki cəmiyyət ictimai birliyinin sədri Xanoğlan Əhmədov də cəmiyyətin maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayıb : “Azərbaycanlı mill məvhumu özündə bütün etnik və dini kimlikləri birləşdirir. Parçalanaraq heç nəyə nail olmaq mümkün deyil.”
İlahə Məmmədova isə bildirib ki, Azərbaycan cəmiyyəti həmişə dözümlü olub: “Biz Qubada yaşayırdıq. Nənəm də dindar şiə müsəlman olub. Bizim evdə xristian bayramlarında hazırlanan şirniyyatlar da yeyilib, yəhudilərin Pesax bayramında bişirilən matsa da. Hər şey insanın tərbiyəsinə bağlıdır. Əgər ailədə ümumiyyətlə dözümsüzlük varsa, bu, özünü etnik və dini zəmində də göztərəcək. Əgər bir müsəlman başqasına qarşı dözümsüz davranırsa, bunun İslama heş bir dəxli yoxdur.”
Bəhai icmasının məhvil üzvü Ramazan Əsgərli isə sektant düşüncəsi ilə yaşamağın təhlükəli olduğunu vurğulayıb : “Hər kəs öz dinini və etnosunu sevir. Amma bu, onun istisna olduğuna imkan vermir. Başqasından üstün etnos və din yoxdur. İnsan onun istisna olduğunu düşünürsə, bu zaman radikallaşma, şüurun daralması baş verir. Özünə inanmayan insan başqalarını sıxır, onun azadlığını alır. Qarşındakını olduğu kimi qəbul etməlisən Dini biliklər rasionalcasına olmalıdır, fanatizmə və geriliyə itələməməlidir. 21-ci əsrda 6-cı əsr qaydaları ilə yaşamaq olmaz.”
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşı Nüşabə Hüseynova müsəlmanların hər zaman İslamın simasına, həyat tərzinə uyğun gəlmədiyini qeyd edib. “Peyğəmbərimiz həyatı, onun insalığa yaydığı ideallar Islamın simasıdır.”
Azərbaycan İlahiyyat İnstitutu və Human Foundation təşkilatının nümayəndəsi Nərgiz Məmmdli hər hamsı bir dini təmsil edən şəxs başqasına qarşı dözümsüzlük nümayiş etdirisə, bunu dinə çamil etmək lazım deyil. “Mən digər dinlərin nümayəndələri tərəfindən həm təhqir olunmuşam, həm də onlarla bir yerdə sülh və anlaşma içində yaşamışam. Fərdin bizə qarşı pis rəftarı bizdə həmin din haqda iblis obrazı yaratmamalıdır.”
Tədbir Zərdüşti, xristian, müsəlman , bəhai duaları və meditasiya ilə başa çatıb.